• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

22-08-2023, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" saytı olaraq ötən həftənin maraqlı sitatlarını sizin üçün topladıq:

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Çelsi”nin son iki “transfer pəncərəsi”ndə xərclədiyi qədər pul xərcləsəydik, indi burda otura bilməzdim (London klubu yeni rəhbərliyin dövründə oyunçu transferlərinə görə 1 milyard dollardan çox xərcə düşüb – R.Y.). Siz məni öldürərdiz. Bu dəqiqdi. Təsəvvür etmədiyiniz şəkildə diqqəti cəlb edərdik. Deyirlər ki, “Mançester Siti” və Pep Qvardiola ancaq oyunçu alır. Mən bilmirdim ki, sərəncamımda olan bütün oyunçuları almaq üçün cibimdə bu qədər pul var. Transfer bazarında başverənləri izləməli, nə edə biləcəyimizi görməli və ədalətli hesab etdiyimiz məbləğləri ödəməliyik”.

Aleksander Çeferin, UEFA-nın prezidenti: “Afinada baş verən kütləvi dava-dalaşa görə çox narahat və məyus olmuşuq. Kimlərinsə futbol matçlarından cinayət əməllərini həyata keçirmək üçün istifadə etməsi bizim üçün həyəcanverici faktdı. Onlar azarkeş deyil, futbolun xərçəngləridi. Onları “fanat” adlandırmayın! Cənab baş nazir (Yunanıstan hökumətinin rəhbəri Kiriakos Mitsotakisə xitab edir – R.Y.), təəssüf ki, nəzakətli davrana bilmirəm. Məlum insidentdən sonra görüləcək tədbirlərlə bağlı razılığa gəldiyimiz üçün məmnunuq. Artıq yetər. Xuliqanlıq yalnız Yunanıstanın yox, bütün Avropanın problemidi. Birlikdə işləməliyik. Yunanıstan hökumətinin və onun baş nazirinin bizə bu işdə kömək edəcəyinə ümidliyik. Mən idmanda bu xərçəng şişinin kökünü kəsmək üçün hamını, xüsusilə də KİV-i köməyə çağırıram. Bu məsələdə qərarlıyıq. Yunanıstan hökumətinin nümayəndələri və 4 aparıcı yerli klubun sahibləri ilə bu görüşü keçirmək vacib idi. Biz məlum hədəfə çatmaq üçün bütün mümkün işləri görməliyik. Bu, siyasi bəyanat deyil”.

Neymar, “Əl-Hilal”ın hücumçusu: “Məncə, hər şeyi Kriştiano Ronaldo başlatdı. Ronaldo “Əl-Nəssr”ə keçəndə hamı onu “dəli” adlandırırdı. Amma bu gün görürük ki, Səudiyyə Ərəbistanı liqası getdikcə böyüyür”.

Canluici Buffon, İtaliya yğmasının sabiq qapıçısı: “Bütün dövrlərin ən yaxşı qapıçısı olduğumu düşünənlərə təşəkkür edirəm, amma mən ən yaxşı deyiləm. Karyeramı uzun müddət davam etdirdiyim üçün belə düşünürlər. Mənim üçün bütün dövrlərin ən yaxşı qapıçısı ispaniyalıdı - İker Kasilyasdı. O, Avropanın ən böyük klubunda oynayıb, həm klubla, həm də milli komanda ilə titullar qazanıb”.

Marko van Basten, Niderland yığmasının sabiq hücumçusu: “İndiki oyunçulardan hansı mənə bənzəyir? Kriştiano Ronaldo daha yaxındı. Amma o, fiziki cəhətdən daha güclüdü. 38 yaşı var və hələ də oynayır. Mən 38 yaşıma kimi oynasaydım, nə olacağını görmək istərdim (Van Basten karyerasını xroniki zədəyə görə 31 yaşında başa vurmağa məcbur olub – R.Y.). Düşünürəm ki, bu halda Ronaldodan daha yaxşı olardım...”

Kevin de Bruyne, “Mançester Siti”nin yarımmüdafiəçisi: “Bernli” ilə oyundan sonra həkimlərin mənə qoyduğu diaqnoza görə fiziki və mənəvi cəhətdən zərbələr aldım. Artıq uğurlu əməliyyat keçirmişəm. Bərpa prosesinə və mümkün qədər tezliklə meydana qayıtmağa hazıram. Son günlər mənə dəstək verən hər kəsə təşəkkür edirəm”.

Paulo Dibala, “Roma”nın hücumçusu: “Yuventus”u tərk etmək mənim üçün asan deyildi. Ordan gedişim mənə ciddi zərbə oldu. Bu klub mənim evim idi. Əslində “Yuventus”da qalmaq istəyirdim, amma bu futboldu. Turin klubuna minnətdaram və həmişə təşəkkür edəcəyəm. Ona görə ki, futbolçu və şəxsiyyət kimi inkişafımda böyük rol oynayıb. Mən orda karyeramın çox gözəl 7 ilini keçirmişəm”.

Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Osimhen liderdi. O, həmişə qalib gəlmək istəyir və komandanı arxasınca daşıyır. Viktor bir qədər Kriştiano Ronaldoya bənzəyir. Qalib gəldiyimiz oyundan sonra çox xoşbəxt görünür, komanda yoldaşlarını birgə şəkil çəkdirməyə çağırır. Bu, mənim xoşuma gəlir. Osimhen dünyanın ən yaxşı hücumçularından biridi. Yalnız hücum etməyi yox, müdafiə xəttinə kömək etməyi də bacarır, rəqibi təzyiq altında saxlayır, bu isə komanda üçün çox faydalı hərəkətlərdi”.

Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Sevilya”nın Avropa Superkuboku matçında verdiyi mesaj La Liqanın gələcəyi üçün nikbin düşünməyə əsas verir. Bizim liqanın sabitlik və rəqabətədavamlılığı futbolun defisit və israfçılıq modelinə qarşı mübarizə apardı (“Sevilya” “Mançester Siti”yə əsas vaxtı 1:1 hesabı ilə nəticələnən matçdan sonrakı penalti seriyasında məğlub olub – R.Y.). Sizi dahiyanə çıxışınıza görə təbrik edir və təşəkkürümü bildirirəm”.

Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu (komandanın Ərəb Çempionları Kubokundakı qələbəsinə reaksiyası): “Komandama bu vacib kuboku ilk dəfə qazanmasında kömək etdiyim üçün fəxr edirəm! Bu uğurun qazanılmasında az-çox rolu olan klubun bütün üzvlərinə “sağ olun” deyirəm. Həmişə yanımda olan ailəmə və dostlarıma da minnətdaram. Azarkeşlərimizdən fantastik dəstək aldıq. Bu, həm də sizin uğurunuzdu”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Timber, De Bruyne, Minqz, Buendia, Kurtua və Militaonun ağır zədə almasının nəsə eyni səbəbi var. Bu səbəb daxili və beynəlxalq klub turnirləri, dünya çempionatının yanvarda (əslində isə DÇ-2022 ötən ilin noyabr və dekabr aylarında təşkil edilib – R.Y.) keçirilməsi, üstəlik milli komandaların seçmə oyunları ilə bağlıdı. Bir il ərzində bu qədər oyun futbolçular üçün həddindən artıqdı. Bu, inanılmaz dərəcədə çətin qrafikdi. Yaxşısı budu ki, yaxın yarım ilin təqviminə baxmayasız. Ona görə ki, planlaşdırılan təqvim inanılmaz dərəcədə sıxdı. Mən bu problemə görə kimə şikayətlənməli olduğumu bilmirəm. Amma təqvim mövzusunda çox böyük təhlükənin olduğu dəqiqdi”.

Quti, “Real”ın sabiq yarımmüdafiəçisi: “Mbappenin “Real”da oynamasını istəyirəm. Klub belə səviyyəli futbolçuya qarşı qapısını bağlaya bilməz. Amma Kilian PSJ ilə müqaviləsini növbəti dəfə yeniləsə, deməli, onu yalnız pul maraqlandırır. Onda madridlilərə Erlinq Holann tərəfə baxmağı məsləhət görərəm”.

Voytsex Şçensnı, “Yuventus”un qapıçısı: “Səudiyyə Ərəbistanından alacağım zəngə necə cavab verərəm? Danışığa ilk növbədə arxasında bir neçə sıfır olan məbləğdən başlayaram (gülür). Kifayət qədər pulum var. Maraqı çağırışlara üstünlük verirəm. “Yuventus”un qapısını qorumağı isə özüm üçün ən ciddi çağırış hesab edirəm. Hələ Səudiyyə Ərəbistanına kütləvi axını təhlil etməmişəm. Futbol xəbərlərini nadir halarda oxuyuram. Amma Asiyanın bu ölkəsinə bir çox tanınmış futbolçunun yollandığını bilirəm və bu, məni təəccübləndirmir. Söhbət ağlasığmaz məbləğlərdən gedir. Kimlərsə cəlbedici təklifi qəbul edə bilər və mənə elə gəlir ki, bu məntiqidi. Fikrimcə, pul dalınca qaçmaq yerinə başqa prioritetlər olmalıdı”.

Antuan Qrizmann, “Atletiko”nun hücumçusu: “Messinin çıxışını izləyirəm. Leo tarixin ən yaxşı futbolçusudu. O, stadionları ağzınacan dolmasını təmin edir, çox qol vurur və matçlarda qalib gəlir. O inanılmazdı. Məncə, Leonun dəvət olunması MLS-in marketinqi və bu liqada səviyyənin daha da yüksəlməsi üçün verilən ən doğru qərardı”.

Rio Ferdinand, İngiltərə yığmasının sabiq müdafiəçisi: “Mançester Siti” qələbə mədəniyyətini formalaşdırıb. Bu klub muzeyinə daha bir kuboku apardı. Bu qədər uğurun əsasını hədəfə çatmaq mədəniyyəti və belə anların yaşanması üçün gündən-günə formalaşan qalib mentallığı təşkil edir. Bütün bunlar nailiyyətlərin uzunömürlülüyünü təmin edir. Böyük komandalar fasilə vermirlər”.

Aleksander Çeferin, UEFA-nın prezidenti: “Onlar azarkeş deyil, futbolun xərçəngləridi”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-08-2022, 14:0

Qvardiola qış transfer pəncərəsi üçün büdcəni açıqladı

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

24-04-2022, 14:0

Qvardiola ''Yunayted''in yeni məşqçisini təriflədi

Dünya futbolu

7-08-2022, 12:0

Qvardiola "Mançester Siti"də qalacaq

Dünya futbolu

16-06-2022, 23:0

"Mançester Siti" "Barselona"nın sabiq futbolçusunu transfer edir

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 186
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 165
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə