Uqo Lyorisin avqustun sonuna qədər “Tottenhem”i rəsmən tərk etmək ehtimalı qalır.
Fransa yığması ilə DÇ-2018-in qalibi olan qapıçının İtaliyada oynamaq şansı vardı. Onun xidmətində “Latsio” maraqlı idi. 36 yaşlı əlcək sahibi Roma klubu ilə danışıqlara başlasa da, qarşı tərəflə razılığa gələ bilməyib. “RMC Sport”un xəbərinə görə, Uqo əsas heyətdə oynamaqla bağlı təminat ala bilmədiyi üçün müqavilə imzalamaq istəməyib.