• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rasim Əliyev: “Turan Tovuz”un premyer-liqaya qayıtması bölgədə futbolu canlandırıb” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

20-08-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfəki yazımızda diqqətlərimizi futbola yönəltmişik. Daha doğrusu, premyer-liqada Tovuzu uğurla təmsil edən “Turan Tovuz” klubuna. Müsahibimiz “Turan Tovuz” akademiyasının koordinatoru Rasim Əliyevdi.

- Rasim bəy, artıq ikinci mövsümdü ki, “Turan Tovuz” premyer-liqaya qayıdıb, elitada çıxış edir. Başlayaq ondan ki, bu qayıdış Tovuzun futbol həyatına necə təsir edib? Uşaqların futbola münasibətində bir canlanma yaşanırmı? Futbolla məşğul olmaq istəyənlərin sayında artım varmı?
- Sözsüz ki, “Turan Tovuz”un premyer-liqaya yüksəlməsi, “böyük futbol”un bizim rayona qayıtması Tovuzun futbol həyatının canlanmasına səbəb olub. Mən əminliklə deyərdim ki, bu canlanma təkcə Tovuzda yox, bütövlükdə qərb bölgəsində hiss edilir. Uşaqların futbola marağına, məşqlərə və komandanın oyunlarına gəlməsində gözlə görüləcək, hiss ediləcək dərəcədə artım var. Bilirsiz ki, azyaşlı uşaqlar futbola böyük həvəs göstərir, tanınmış futbolçuları özlərinə kumir seçirlər. Bu gün bizim bölgədə azyaşlıların kumirləri elə öz doğma klublarının futbolçularıdı. Onlar sevə-sevə “Turan Tovuz”un oyunlarına baxır, bu komandanın formasını geyinən futbolçuları özlərinə kumir seçirlər. Mən əminəm ki, bu canlanma Tovuzda futbolun inkişafına da təsirsiz ötüşməyəcək, gələcəkdə Tovuz Azərbaycan futboluna yeni istedadlar bəxş edəcək.

Rasim Əliyev: “Turan Tovuz”un premyer-liqaya qayıtması bölgədə futbolu canlandırıb”


- “Turan Tovuz”un futbol akademiyasında yaradılan şəraitdən danışaq. Bu gün futbolla məşğul olmaq istəyən uşaqlar orda hansı imkanlar yaradılıb? Klubun tərkibində neçə uşaq komandası var? Akademiyada uşaqların qalması və qidalanması üçün şərait varmı?
- Bu gün “Turan Tovuz”un futbol akademiyasında hər bir şərait yaradılıb. Mən əminliklə deyirəm ki, bizim akademiyamız Azərbaycanda olan heç bir akademiyadan geri qalmır. Yəqin ki, siz də eşitmisiz. Uşaq sayını artırmaq üçün stadionumuzun ərazisində yeni bir akademiya binası da tikilir. Zamanla şərait daha da yaxşılaşdırılacaq. Akademiyamızın tərkibində 6 yaşdan 19 yaşa qədər 10 komandamız var. Bundan əlavə 10-14 yaşlar arasında hər qrup üçün yeni bir komanda əlavə etmişik. Eyni zamanda qızlardan ibarət də komanda yaratmışıq. “Turan Tovuz” akademiyasında uşaqlar üçün hər bir şərait yaradılıb, çalışırıq ki, burdakı azyaşlı futbolçularımız tam qayğı ilə əhatə olunsunlar. Bizim akademiyamızda 40-a yaxın uşaq qalır. Onlar həm yüksək səviyyəli qidalanma, həm də istirahət imkanları ilə təmin olunurlar.

- Akademiyanın təhsillə bağlı proqramı necədi? Futbolla məşğul olan uşaqların təhsildən uzaq düşməməsi üçün nə etmək lazımdı?
- Rəhbərliyimiz bu məsələni də daim diqqətdə saxlayır. Həmin uşaqların orta məktəbdə təhsilini davam etdirməsi üçün bütün imkanlar yaradılıb. Onlar yaxınlıqdakı orta məktəbdə təhsil alırlar. Uşaqların sənədlərini məktəblərə təqdim etmişik. Özümüz də məktəbə gedirik, uşaqların necə oxumasıyla maraqlınır. Çünki biz təkcə futbolçu yox, cəmiyyətə yararlı vətəndaş yetişdirməliyik. Hətta rus bölməsində oxuyanlara da şərait yaradılıb, onlar da müvafiq məktəblərə yönəldilib. Çalışırıq ki, heç bir uşaq təhsildən uzaq düşməsin. Biz uşaqlara futbolla yanaşı təhsil almaq üçün imkanlar yaratmalıyıq. Eyni zamanda ingilis dilinin öyrənilməsinə də xüsusi önəm veririk. Rəhbərlik şərait yaradıb, bu ildən məktəbdən əlavə ingilis dili üzrə müəllimlər uşaqlarla ayrıca məşğul olacaq, onlara əlavə olaraq ingilis dili öyrədiləcək. Akademiya ilə müqaviləsi olan hər bir uşağın təhsilinə önəm veririk. Klub olaraq öz öhdəçiliyimiz var. AFFA və UEFA-nın lisenziyalaşdırma qaydalarında da bu qeyd olunub. Heç bir uşağı təhsildən ayırmaq olmaz. Biz də futbolçularımızın təhsil almasında maraqlıyıq.



- Rasim bəy, bəzən valideynlər olur ki, kəndlərdə yaşayır, rayon mərkəzinə övladını gətirə bilmir. Bunun üçün kəndlərdə uşaq komandalarının yaradılması planlaşdırılırmı?
- Dediyiniz məqam bizim də diqqətimizdədi. Artıq Tovuzun iki kəndində xüsusi qruplar yaratmışıq. Qovlar və Qaraxanlı kəndlərində bu qruplarımız fəaliyyət göstərəcək. Bu kəndləri də elə seçmişik ki, ərazi olaraq beş-altı kəndi əhatə edə bilək. O kəndlərdə yaşayan uşaqlar həmin qruplarda futbolla məşğul olacaqlar. Bu uşaqların arasında fərqlənənləri isə akademiyamıza cəlb edəcəyik. Bildiyiniz kimi, bu yay əsas komandamız Türkiyəyə, Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirdi. Mənimlə yanaşı məşqçimiz Seymur Tağıyev də əsas komandanın düşərgəsində idik. Orda “Gənclərbirliyi”nin düşərgəsində də olduq. Klubumuzun rəsmilərindən olan Səməd Nəsibov da bizimlə idi. Ankara təmsilçisinin akademiyasının rəhbəri Seçkin Topçu ilə də görüşdük. Bir həftədən artıq onların akademiyasında olduq, təcrübə mübadiləsi apardıq. Gələcək fəaliyyətimizdə də hər bir nüansı nəzərə almağa çalışacağıq.

- Az öncə qeyd etdiz ki, qadın komandası da yaratmısız. Son illərdə qadın futbolu ilə bağlı FİFA və AFFA tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Belə anlaşılır ki, “Turan Tovuz”da bu yöndə müəyyən addımların atılmasına başlanılıb...
- Bəli, artıq qadın futbol komandası yaratmışıq. Zamanla bu sahəyə də diqqəti artıracayıq. Oğlanlarla yanaşı qızlarımız da futbolla məşğul olmaq, öz bacarıqlarını göstərmək imkanı qazanacaqlar.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-07-2023, 10:0

"Turan Tovuz"un məşqçiləri "Gənclərbirliyi"ndə

Premyer-liqa / Manşet

7-08-2022, 00:0

"Turan Tovuz" premyer-liqada ilk matçına çıxır - YENİLƏNİR

Ölkə futbolu

4-07-2023, 10:0

“Turan Tovuz”un akademiyasında 20 yeni futbolçu

Ölkə futbolu / Manşet

13-03-2022, 12:0

"Turan Tovuz"u çalışdırmağa iki namizəd var - ÖZƏL

Premyer-liqa

7-07-2022, 23:0

"Turan Tovuz" və FİF-in tədbiri keçirildi

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 419
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə