• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Laporta “pəhrizə oturmağa” məcbur olub

Dünya futbolu

18-08-2023, 20:0

“Barselona”nın prezidenti Xuan Laporta təkcə transferlər və Lionel Messi haqda mülahizələri ilə diqqəti çəkmir.

“Football-plus.az” xəbər verir ki, yayda beynəlxalq media onun artıq çəkidən əziyyət çəkdiyini vurğulamışdı. Prezident özü də bu mövzuya toxunmalı olub.

Laportanın yaxınları, qohum-əqrəbası onun daim yeməsindən qorxuya düşüb. Hələ iyunun ortalarında bu haqda yazan “Relevo” nümunələr də göstərmişdi.

• Laporta 2021-ci ildə yenidən “Barsa”nın prezidenti seçiləndən bəri ciddi şəkildə çəki yığmağa başlayıb, bu məqam həm klub rəhbərliyini, həm də onun ailə üzvlərini narahat edib.

• Niyə yaxınları narahat olur – onlar Laportanın ürəyinin qəfil dayanacağından və ya insult keçirəcəyindən qorxurlar. Qohum-əqrəba prezidentə problemin miqyasını anlatmağa çalışsa da, heç nə alınmayıb.

• Media yazır ki, Laporta dietoloq Silviya Tremoladanın tövsiyələrini yerinə yetirmir və stress üzündən hədsiz çox yeyir. Laportanın etirafı: “Silviya yardım etməyə çalışdı, ancaq mən əhəmiyyət vermədiyimdən cəhdlərindən əl çəkdi”. Dietoloq da prezidentin dediklərini təsdiqləyir: “Bu gerçəkdi, hər şeyi sınadım, ancaq boşuna imiş. Və bu məni qorxudur”.

• Vəziyyət bəzən hətta qəribə xarakter alır. Laporta bir dəfə müqaviləsini yeniləyən futbolçulardan birini xanımı ilə birgə axşam yeməyinə dəvət edib. Prezident qızın yeməyəcəyinə əmin olandan sonra onun desert payını da həzm-rabedən keçirib: “Sən özünü ayaqda tuta bilərsən, ancaq mən yox”.

• Jironaya səfərlərin biri də özünəməxsus olub: iştirakçılar Laportanın böyük yemək payını “aşırandan” sonra desertləri də təkrar-təkrar yediyini görüblər. Nahardan sonra şirniyyata oturub, fasilədə yeyib, sonda isə kolbasalı buterbrod yeməyə başlayıb. Və ətrafdakılara izah edib ki, heç cür dayan bilmir: “Hər şeyi yeyirəm, əsəbdəndi”.

Əlbəttə, artıq çəki ilə bağlı ictimaiyyət arasında gəzən söz-söhbət Laportanın da qulağına çatıb. Prezident “La Vanguardia”ya müsahibədə belə deyib: “Mənə deyirlər ki, bir gün partlayacaqsan. Ancaq əmin olun ki, gücüm çoxdu. Sağlıq durumum qaydasındadı. Artıq çəkim var, pəhriz saxlayıram, onun qaydalarına əməl edirəm. Həqiqətən də, belə hesab edirəm ki, arıqlamaq lazımdı. Əvvəllər idmanla çox məşğul olurdum, indi isə buna o qədər də vaxtım yoxdu”.

Laporta pəhrizlə bağlı zarafatından da qalmır: “Krallar kimi qəhvəaltı edirəm, kasıblar kimi şam yeməyinə otururam”. Laportaya məsləhətçisi Enrik Masip yardım edir: “Çox adam deyir ki, baxın, necə də kökdü... Ancaq onun komandaya gələndən bəri yaşadığı stressi də nəzərə alın. Komanda bir neçə il idi çempionluqdan uzaq düşmüşdü. Mən yanında olanda çox şeyə nəzarət edirəm. Ona deyirəm ki, “koka-kola” içməsin, qabağından şirniyyatı yığışdırıram. Öz atamla necə sərt davranıramsa, Laporta ilə də elədi. Ona görə ki, münasibətlərimiz çox yaxşıdı. Mən onun qayğısına qalmağa çalışıram. Deyirəm ki, birlikdə dolaşaq, idman edək”.

Stress fonunda çox yemək ciddi problemdi. Onu bu sahənin mütəxəssisi həll etməlidi. Qısaca bunun necə baş verdiyini anladaq. Stress vaxtı kartizol yaranır, ona “stress hormonu” da deyirlər. Kartizol adamın hansı dərəcədə ac olmasına baxmayaraq, iştahını artırır. Belədə stressdən yemək vərdişi yaranır, hərçənd adam yeməkdən heç bir məmnunluq duymur.

Belə çox yemək niyə zərərli və ya hətta təhlükəlidi: maddələr mübadiləsinin pozulması riski yaranır, artıq çəki və sağlamlıqla bağlı böyük problemlər yaranır. Risk spektri genişdi – şəkərli diabetdən tutmuş ürək-damar və onkoloji xəstəliklərə qədər.

Bəs bununla necə mübarizə aparmalı? Həkimlər çox qəbul edilən qidaları menyudan çıxarmağı, bunların əvəzinə su içməyi, stressdən yemək fikrinə düşəndə fəaliyyət növünü dəyişməyi, məsələn, gəzməyi, əlləri başqa bir işlə məşğul etməyi təklif edir. Variant çoxdu, ancaq hər kəsə mütəxəssis məsləhəti əsasında fərdi yanaşma daha yaxşı yoldu. Problemi müstəqil şəkildə həll edə bilməyəndə mütəxəssisə üz tutmaq lazımdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-10-2022, 15:0

Laportanın oğlu həbs olundu

Dünya futbolu

22-10-2022, 21:0

Laporta cərimələndi

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə