Xuan Laporta yolverilməz hərəkətinə görə cərimələnib.
"Football-plus.az" xəbər verir ki, buna “Barselona”nın prezidentinin La Liqanın 9-cu turunun “Real”la matçından (1:3) sonra hakim Sançes Martinesə etiraz etməsi səbəb olub.
Referi hesabatında Laportanın ona peşəsi ilə vidalaşamalı olduğunu dediyini yazıb. Klubun rəhbəri həmçinin hakimin qərarlarını, xüsusilə də Rodriqonun son dəqiqələrdə qazandığı penaltini dəfələrlə müzakirə edib. La Liqanın Nizam-İntizam Komitəsi bu davranış və hərəkətlərinə görə Laportanı 150 avro cərimələyib.