• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” mesaj verir - KÖŞƏ

Manşet / Yazarlar

16-08-2023, 13:0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında havanın isti olmasına və oyunun erkən saatda başlamasına toxunub: “Futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, “yox” deməzdilər. Sadəcə, digər oyunun təxirə salındığı iki günün içində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik”. Bu sitat əbəs yerə diqqətimi çəkməyib. Qurban bəyin sözlərində ictimaiyyətə böyük mesaj var. Bəlkə heç özü də buna fikir verməyib.

Bizimkilər “Qarabağ”ı yeri gəldi-gəlmədi ittiham etməyi xoşlayırlar. “Sabah”ın oyununun təxirə salındığı həftədə “Qarabağ” heç “Turan Tovuz”la qarşılaşmanın saatının dəyişdirilməsiylə bağlı PFL-ə müraciət etməyi belə lazım bilməyib. Qurban bəyin sözlərindən belə anlaşılır ki, komandanın düşərgəsində heç bu barədə düşünən də olmayıb.

“Köhlən atlar” öz yoluyla irəliləyir. Enişli-yoxuşlu bu yolda daim eyni sürətlə getmək mümkün olmur, hərdən təntiyirsən, yorğunluqdan ayağın da büdrəyir. Amma davam edirsən. “Qarabağ” öz işindədi. Diqqət yetirdim, “Sabah”ın “Sumqayıt”la oyunun təxirə salınması elə də ciddi müzakirə doğurmadı. Doğrusu da elə budu. Biz hələ böyük futbol ölkəsi deyilik. Stadionlarımızın tribunaları avrokubok oyunlarında dolur, xalqımız premyer-liqamızın qarşılaşmalarına televizordan minnətlə baxır. Belə olan halda bizimkilərdən Avropanın qərbində olduğu kimi peşəkarlıq tələb etmək də düzgün deyil. Klublarımız bərabərsəviyyəli iki heyət saxlamaq gücündə deyillər ki, birindən avrokuboklarda, digərindən isə yerli çempionatda istifadə etsinlər. Heç buna ehtiyac da yoxdu. Mövsümün əvvəlində bir qədər çətinlik olur, ondan sonra da daşlar yavaş-yavaş yerinə oturur.

Hə, onu deyirdim ki, “Sabah”ın oyunun təxirə salınması ciddi ajiotaj doğurmadı. Hələ PFL-ə qınaqlar da səslənirdi ki, nə üçün “Neftçi”nin Gəncəyə səfəri və “Səbail”lə oyunu təxirə salınmayıb. Sonradan məlum oldu ki, “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu bunu istəməyibmiş. İstəsəydi, “Neftçi” Peşəkar Futbol Liqasına müraciət ünvanlacaqdı. Heç şübhə etmirəm ki, bakılılara da güzəşt ediləcəkdi. Vay o günə ki, “Qarabağ” “Turan Tovuz”la oyunun iki saat geri çəkilməsi üçün səsini çıxaraydı. Hay-küy, vay-şüvən ondan sonra başlayacaqdı. Deyəcəkdilər ki, “nə var o Finlandiya komandasını keçməyə? “Qarabağ” nə üçün “Turan Tovuz”la oyunu axşam saatına saldırır? Futbolçuların borcudu ki, havanın necə olmasına baxmasınlar, meydana çıxıb topun arxasında qaçsınlar”. Mən hələ sosial şəbəkələrdə bir azarkeşin yazdığı şərhə xeyli güldüm. Dəyərli həmvətənlərimizdən biri daha uzağa gedib, “müdrik nəticə”yə gəlmişdi. İddia edirdi ki, “Qarabağ” rəhbərliyi “işıqpulu” verməməkdən ötrü oyunu günün işıqlı vaxtına saldırıb. Belə təfəkkürə, belə mülahizə və təhlil qabiliyyətinə nə deyəsən?!

İsti havaya baxmayaraq, “Qarabağ” meydana çıxdı və “Turan Tovuz”u üç cavabsız qolla məğlub etdi. Bu həmin “Turan Tovuz”du ki, ilk turda “Araz Naxçıvan”ın daşını daş üstə qoymamış, elə eyni sayda cavabsız qolu onların qapısına vurmuşdu. Müqayisəni tamamlamaq üçün “Araz Naxçıvan”ın da bu tur “Qəbələ”ni 2:0 məğlub etdiyini xatırlayaq. Deməli, Tovuz təmsilçisinin premyer-liqanın debütantını asanlıqla məğlub etdiyi düşünmək yanlış olar. Turlar irəliləyəcək, elə həmin rəqiblər bir-birini məğlub edə-edə yarışacaqlar, turları yola verəcəklər. “Qarabağ” isə öz missiyasını yerinə yetirməklə məşğul olacaq. Həm premyer-liqanın ən güclüsü adını özündə saxlamaq, həm də Azərbaycan futbolunun imicini Avropanın yaşıl meydanlarında yüksəltmək üçün mübarizə aparacaq. Ümid edirəm ki, bu avrokubok mövsümündə “Sabah” çətin sınaqda “Qarabağ”ı tək qoymayacaq, Konfrans Liqasının qrupuna yüksəlməyi bacaracaq.

Bütün bunlar yaxın gələcəyin işidi. Bu gün isə “Qarabağ” yavaş-yavaş formasını bərpa etməkdə, relsə düşməkdədi. “Köhlən atlar” yürüməyə öyrəncəli olduğu cığıra qədəmlərini qoyub. Ağdam təmsilçisinin “Turan Tovuz”u 3:0 hesabıyla məğlub etməsində hamı üçün bir mesaj var idi. Əzəmətli komanda, onun peşəkar idarəçiləri və bacarıqlı baş məşqçisi yerindədi. Müvəqqəti eniş görüntüsü heç kimi aldatmasın. “Qarabağ”ın bu mesajını qəbul etmək, ona ciddi yanaşmaq lazımdı. Qurban Qurbanovun çalışdırdığı komanda yenə də çempionluğa və Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil etməyə ən real namizəddi.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-08-2023, 21:0

"Bir neçə oyunçu var ki, danışıqlar gedir" - Qurban Qurbanov

Premyer-liqa

24-01-2023, 11:0

“Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Premyer-liqa

21-10-2022, 16:0

Premyer-liqada təxirə salınmış matçın vaxtı dəqiqləşdi

Premyer-liqa

12-08-2022, 18:0

"Qarabağ"ın oyunu təxirə salındı

Premyer-liqa / Manşet

9-11-2022, 16:0

"Qarabağ" "Turan Tovuz"u məğlub etdi - YENİLƏNİB

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə