Daha iki paracüdoçumuz Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.
Qeyd edək ki, ötən gün digər paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.
Daha iki cüdoçumuz Avropa çempionatında medal qazandı
İdman



