• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pulsuzluğun qurbanı

Manşet / Konfrans Liqası

31-07-2023, 20:0

Müharibə yalnız atıcı silahlarla səngərlərdə, dağlarda, meşələrdə, şəhərlərdə olmur. Futbol da yaşıl meydanda gedən müharibə kimidi.

Burda da qarşı-qarşıya dayanan iki tərəf olur. Bu "müharibə" qan tökmədən aparılmasına rəğmən, onun da intriqası, məğlubu və zəfər qazananı var. Fransa imperatorunun müharibə üçün zəruri saydığı pul amili burda da əsas amildi. Təbii ki, burda xarakterin, döyüşkənlik ruhunun, etnopsixoloji xüsusların da təsiri var. Amma bu sadalananlar da böyük ölçüdə gəlib maddiyyata bağlanır. "Qəbələ" avrokuboklara vəsiqəni təmin etsə də, püşk üzünə gülmədi. "Qırmızı-qaralar"a vaxtilə "Qarabağ"a da qitəmiqyaslı yarışda başağrı olan Cənubi Kipr "Omoniya"sı rəqib oldu. Onsuz da maliyyə böhranında boğulan klubun ada təmsilçisini keçəcəyinə ümid edənlər az idi. Mövsüm başa çatan kimi Utziq, Renato, Maçado, Alimi, Səlahət, Santos, Məqsəd, Rövlan kimi aparıcı oyunçuların ayrılmasıyla komanda böhran burulğanında bir qədər də dərinə sürükləndi. Gedənlərin yerinə layiqli əvəzləyicilər tapmaq çətin oldu. Yeni transferlər gec baş tutdu. Yeni qoşulanların da kollektivə uyğunlaşması, Elmar Baxşıyevin futbol fəlsəfəsini mənimsəməsi, sözsüz, vaxt aparacaqdı. Xülasə, "qırmızı-qaralar" "Omoniya" qarşısına yetərincə məşq keçməyən, psixoloji cəhətdən hazırlıqsız boksçu kimi çıxacaqdı. Amma iki gün öncə Qəbələdə baş tutan oyunda Baxşıyevin yetirmələri ilk dəqiqələrdən ac qurd kimi irəli atıldı. Artıq 4-cü dəqiqədə Əyyub Allaş qarşısıalınmaz zərbəylə hesabı açdı. Ümumilikdə "Qəbələ"nin "köhnə qvardiya"sından Allaş, Omar Hani, Urfan Abbasov, Emil Səfərov döyüşkənliyi ilə seçilirdi. Yeni transferlərdən göz oxşayan ancaq Ahmed Ayzaya idi. Bu da nigeriyalının xeyli vaxtdı futbolumuza uyğunlaşmasıyla bağlıdı. Komandaya yeni qoşulanlar, demək olar, heç nə ilə yadda qalmadılar. Ayzaya ilə Allaş texnikaları, Hani isə driblinqi ilə yanaşı, start sürətiylə də gözəl oyun sərgiləyirdi. Lakin matçın gedişində toparlanan "Omoniya""qırmızı-qaralar"ı öz qapısına doğru sıxışdırmağa başladı. Daha doğrusu, yeni futbolçuların "köhnə qvardiya" ilə xətlərarası əlaqələdə uzlaşa bilməməsi rəqibin xeyrinə işləyirdi. Bölgə təmsilçisi müdafiədən hücuma çıxa bilirdisə, geri qayıtmaqda çətinlik çəkirdi. Bunun nəticəsiydi ki, onsuz da müdafiədə ciddi problemləri olan "Qəbələ"də Murad Musayev mərkəzdə nə qədər yaxşı oynamağa çalışsa da, qayda pozutularına yol verməklə diqqəti çəkirdi. Bunun da acısını komanda cərimə zərbələrindən qollar buraxmaqla çəkdi. Yeni transfer Afriko da kasadlığı ilə seçildi. O, nə müdafiədə etibarlı idi, nə də Murad Musayevlə duet təşkil edə bilirdi. Rəqibin heyətində Roman Bezus standart vəziyyətlərdən 3 qol vurmaqla Elmar Baxşıyev və yetirmələri üçün kabusa çevrildi. Allaş ilə Hani nə qədər yaxşı tandem təşkil etsələr də, tablodakı rəqəmləri "Qəbələ"nin xeyrinə dəyişməyi bacarmadılar. "Omoniya" 0:1-I sonda 3:2-yə çevirə bildi.

Əslində "qırmızı-qaralar" Cənubi Kipr təmsilçisinə rəqibin güclü, təcrübəli olmasına yox, maliyə kasadlığına və əsas heyət oyunçularını qoruya bilməməsinə görə uduzdu. "Qəbələ" rəhbərliyi ötən mövsümdə özünü yaxşı tərəfdən göstərərək həm 4-cü yeri tutan, həm də kuboku qazanan oyunçuların istədikləri maaşları verə bilsəydi, "Omoniya" Qəbələdən boynubükük qayıdacaqdı. Bu gün Elmar hocanın sərəncamında Renato olsaydı, müdafiənin mərkəzində boşluq olmayacaqdı. Məqsəd müdafiənin cinahında yer alsaydı, həm hücumlara qoşulacaqdı, həm də geri çəkilməkdə problem olmayacaqdı. Aliminin getməsi komandanın yarımmüdafiə xəttində böyük boşluğa, Santosla Utziqin yoxluğu sürətli hücumların kasadlığına, Maçadonun olmaması isə rəqib müdafiəçiləri və qapıçını təzyiq altında saxlaya bilməməyə səbəb oldu, Səlahətin "Səbail"ə keçməsi də Atanqanın standart vəziyyətlərdən qollar buraxması ilə nəticələndi. Əslində iki gün öncə gözəl bölgələrimizdən olan Qəbələdə eyniadlı komanda ilə Cənubi Kipr klubunun qarşıdurmasını izləmədik. Allaş – Hani – Ürfan –Emil - Ayzaya "xəmsə"sinin "Omoniya" ilə döyüşünü gördük. Amma "4+1", daha doğrusu, "köhnə qvardiya" ilə Ayzayanın vəhdəti nə qədər çarpışsa da, kiprlilərin səddini dağıda bilmədi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

24-06-2023, 11:0

"Qəbələ"də ayrılıq

Aktual / Ölkə futbolu

20-06-2023, 14:0

Rövlan Muradov “Sumqayıt”a keçir?

Ölkə futbolu

24-04-2023, 16:0

"Ulu Öndər Kuboku"nun üçüncü oyunu keçirildi

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə