Futbol azarkeşləri yavaş-yavaş bu yayın transfer dastanlarından bezməyə başlayır.
"Football-plus.az" xəbər verir ki, əsl futbol qurmanları artıq səviyyəli oyunların bir an öncə başlaması ümidi ilə yaşayır. Təbii ki, söhbət ilk növbədə “böyük beşlik” ölkələrindən gedir. Bəs Avropanın top-5 liqasında mübarizə nə vaxt bərpa olunacaq?
İngiltərə
Premyer-liqada yeni mövsüm avqustun 11-də Bernli şəhərciyində start götürəcək. Elitaya qayıdan meydan sahiblərinin qonağı ötən mövsüm trebl edən “Mançester Siti” olacaq. Bu oyuna intriqa qatan əlavə amil şagirdlə müəllimin görüşüdü. Vensan Kompani ilə Xosep Qvardiola oyundan əvvəl bir-birinin əlini sıxacaq. 1-ci turun ən görkəmli afişası isə “Stemford Bric”dəki “Çelsi” – “Liverpul” duelidi. Son duellərdə qolsuz heç-heçələrin çoxluğuna baxmayaraq, bu oyun maraqla gözlənilir. İlk tura qədər isə Superkubok oyunu da keçiriləcək. Avqustun 6-da “Uembli”də “Mançester Siti” ilə “Arsenal” (ötən mövsüm 2-ci yeri tutan komanda kimi bu hüququ qazanıb) üz-üzə gələcək.
1-ci tur
11 avqust. Bernli – Mançester Siti
12 avqust. Arsenal – Nottingem Forest
12 avqust. Everton – Fulhem
12 avqust. Şeffild Yunayted – Kristal Pelas
12 avqust. Brayton – Luton
12 avqust. Bornmut – Vest Hem
12 avqust. Nyukasl – Aston Villa
13 avqust. Brentford – Tottenhem
13 avqust. Çelsi – Liverpul
14 avqust. Mançester Yunayted – Vulverhempton
İspaniya
La Liqada da mübarizə avqustun 11-də başlayacaq – “Almeriya” ilə “Rayo Valyekano” arasındakı oyunla. Elə həmin gün turun maraqla gözlənilən “Sevilya” – “Valensiya” oyunu da keçiriləcək. Növbəti gün “Real”ı çətin Bilbao səfəri gözləyir. Bazar günü – avqustun 13-də isə son çempion “Barselona” “Xetafe”nin qonağı olacaq.
1-ci tur
11 avqust. Almeriya – Rayo Valyekano
11 avqust. Sevilya – Valensiya
12 avqust. Selta – Osasuna
12 avqust. Las-Palmas – Malyorka
12 avqust. Atletik – Real
13 avqust. Real Sosyedad – Jirona
13 avqust. Vilyarreal – Betis
13 avqust. Xetafe – Barselona
14 avqust. Kadis – Alaves
14 avqust. Atletiko – Qranada
İtaliya
Apennində ilk turun dörd oyunu avqustun 19-da keçiriləcək. Daha 4 oyun bazar gününə - avqustun 20-nə salınıb ki, hansınısa fərqləndirmək çətindi. Tura bazar ertəsi keçiriləcək “Bolonya” – “Milan” oyunu ilə yekun vurulacaq.
1-ci tur
19 avqust. Empoli – Verona
19 avqust. Frozinone – Napoli
19 avqust. İnter – Montsa
19 avqust. Cenoa – Fiorentina
20 avqust. Sassuolo – Atalanata
20 avqust. Roma – Salernitana
20 avqust. Udineze – Yuventus
20 avqust. Leççe – Latsio
21 avqust. Torino – Kalyari
21 avqust. Bolonya – Milan
Almaniya
Bundesliqada start avqustun 18-nə planlaşdırılıb, məhz həmin gün ölkənin ən titullu klubu “Bavariya” “Verder”in qonağı olacaq. Ancaq turun əsas oyunu bir gün sonra Leverkuzendə keçiriləcək: “Bayer-04” “Leyptsiq”i qəbul edəcək. Almaniyada mövsüm ənənəvi şəkildə Superkubok oyunu ilə başlayacaq. Ötən il olduğu kimi, yenə də mükafat uğrunda oyunda “Bavariya” ilə “Leyptsiq” üz-üzə gələcək. Bu oyun avqustun 12-də keçiriləcək.
1-ci tur
18 avqust. Verder – Bavariya
19 avqust. Auqsburq – Borussiya M
19 avqust. Bayer-04 – Leyptsiq
19 avqust. Volfsburq – Haydenhaym
19 avqust. Hoffenhaym – Frayburq
19 avqust. Ştutqart – Bohum
19 avqust. Borussiya D – Köln
20 avqust. Union – Maynts-05
20 avqust. Aynraxt F – Darmştadt
Fransa
18 komandalı formata dönən Fransada mövsüm avqustun 11-də - “Nitsa” – “Lill” oyunu ilə başlayacaq. Ertəsi 2, bazar günü isə 6 oyun keçiriləcək.
11 avqust. Nitsa – Lill
12 avqust. Marsel – Reyms
12 avqust. PSJ – Loryan
13 avqust. Brest – Lans
13 avqust. Klermon – Monako
13 avqust. Monpelye – Havr
13 avqust. Nant – Tuluza
13 avqust. Renn – Mets
13 avqust. Strasbur – Lion