• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Saldanya probleminin bilinməyənləri - TƏHLİL

Ölkə futbolu / Manşet

28-07-2023, 12:0

Braziliyalı futbolçu Mateus Saldanya srağagün “Neftçi”dən kənarlaşdırılıb. Bakı klubu bununla bağlı bəyanat yayıb:

“Neftçi”nin 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə rəhbərliyə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib. Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblər göstərməklə kollektivlə birlikdə məşqlərdə iştirak etməkdən yayınıb, iyulun 24-də keçirilən məşqdə isə icazə almadan iştirak etməyib. Rəhbərlik futbolçunun belə hərəkətləri ilə bağlı həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb. Bildirilib ki, “Neftçi” kimliyindən asılı olmayaraq maddiyyatı hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdı. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdu. Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranıb. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdu. Azarkeşlərimizi əmin etmək istəyirik ki, Konfrans Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Saldanyanın komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaq. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır”.

Xatırladaq ki, "Neftçi" Saldanyanı bu ilin yanvarında Yaponiyanın "CEF Yunayted" klubundan birilliyə icarəyə götürmüşdü.

"Football-plus.az" xəbər verir ki, braziliyalı ilə bağlı məsələ o qədər də qəliz deyil.

Flaqmanın yaydığı bəyanatda hadisənin məzmunu açıqlanıb. Lakin biz məsələnin digər tərəflərini diqqətinizə çatdıracağıq. Saldanyanı Belqrad klubu “PARI Premyer” kubokunda bəyənib. Söhbət konkret “Srvena Zvezda” ilə matçdan gedir. Bundan sonra “Partizan”ın rəsmiləri oyunçunun meneceri ilə təmasa keçiblər. Onsuz da futbolçunun özü “Neftçi”dən ayrılmaq istəyirdi. Xatırlayırsızsa, o, Rusiya mətbuatına açıqlamasında təklif gələcəyi təqdirdə “Zenit”ə keçə biləcəyini demişdi. Sonradan klubun mətbuat xidmətinin təzyiqi ilə fikirlərini təkzib etmişdi. Yəni Saldanya “Neftçi”dən ayrılmağı çoxdan beyninə salmışdı. Bunun səbəbi nədi? “Neftçi” bu həftəsonu 2 yeni transfer açıqlayacaq. Onlar hücumçulardı. Oyunçuların adlarını öyrənə bilməsək də, birinin afrikalı, birinin cənubi amerikalı olduğunu aydınlaşdırmışıq. Futbolçular Mutunun istəyi ilə komandaya cəlb olunub. Bunu bilən braziliyalı bir çox hallarda ehtiyatda qalacağını anlayır. Bu səbəbdən də “Partizan”ın təklifi dəyərləndirmək istəyib. Belqrad təmsilçisi oyunçuya “Neftçi”nin verdiyindən daha çox maaş təklif edib. Saldanya sonradan ehtiyatda qalmaqdansa, indidən komandadan ayrılmağı daha məqbul sayıb.

Gələn məsələnin maraqlı tərəfinə. Maliyyə problemi ilə üzləşən, Patrik Andrade ilə qarşılıqlı razılıq əsasında yolları ayıran “Partizan” braziliyalıya necə daha artıq maaş verə bilir? Burdakı məsələ Belqrad klubunun daxili işidi. Əslində “ağ-qaralar”da iki rəhbərlik var. Onlardan biri idman, digəri futbol komandasında söz sahibidi. Daxili çəkişmələr klubun maliyyəsinə xüsusi təsir edir. Düzdü, “Partizan” bir çox oyunçuları ilə yolları ayırdı. Bunlardan biri də Patrik Andrade idi. Sadəcə, kabo verdeli oyunçunun 3 aylıq maaşı ödənməmişdi. Yarımmüdafiəçi də bundan istifadə edərək FIFA-ya şikayət etdi və Belqrad təmsilçisi ilə yolları ayırdı. “Partizan” oyunçunun azı 2 aylıq maaşını ödəsəydi, Patrik də “ağ-qaralar”da qalacaqdı. Yəni Belqrad klubunda işlər qaydasındadı. Sadəcə, komanda əlavə yük hesab olunan oyunçulardan canını qurtarıb. İndi isə yaxşı heyət formalaşdırmaq niyyətindədi.

Bir sözlə, Saldanya məsələsində qeyri-adi heç nə yoxdu. Əvvəlcədən gözü başqa yerlərdə olan braziliyalı əlinə fürsət düşən kimi “Neftçi”ni yarıyolda qoydu. Düzmü etdi? Bu artıq başqa mövzudu. Əslində peşəkar klubun rəsmiləri futbolçulardan mənəvi bağlılıq gözləməməlidi. Çünki dünyada futbolçuluğu iş olaraq görürlər. Saldanya da daha yaxşı şərait və pul təklif edən yerə, təbii ki, qaça-qaça gedəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

25-07-2023, 17:0

Mateus Saldanya “Neftçi”dən kənarlaşdırılıb - BƏYANAT

Premyer-liqa / Manşet

27-07-2023, 22:0

“Neftçi”dən Saldanya ilə bağlı qeyri-adi qərar

Ölkə futbolu

2-02-2023, 11:0

Mateus Saldanya “Neftçi”dəki debütü haqqında nə dedi?

Manşet

1-07-2023, 22:0

""Neftçi" "Zenit"ə uduzdu - YENİLƏNİB

Ölkə futbolu / Manşet

1-07-2023, 23:0

Ad gününü qolla qeyd edən rusiyalı, izləyicilərin diqqətini çəkən Saldanya - MƏQAMLAR

Premyer-liqa

27-01-2023, 10:0

"Hər şey Tanrının əlindədi" - "Neftçi"nin yeni transferi

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə