• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cuntoli “Yuventus”u rəqabətədavamlı sayır

Dünya futbolu

21-07-2023, 19:0

Kristiano Cuntoli artıq “Yuventus”dadı.

"Football-plus.az" xəbər verir ki, onun Turin klubunun futbol direktoru vəzifəsinə təqdimatı iyulun 18-də “Alyants Stedium”da keçirilib. 2015-ci ildən idman direktoru vəzifəsində işlədiyi “Napoli”nin böyük sıçrayışında rol oynayan 51 yaşlı funksioner bundan sonra İtaliyanın ən titullu klubuna xidmət edəcək. Çərşənbə axşamı keçirilən mətbuat konfransında çıxışına “sabahınız xeyir olsun, bura toplaşdığınız üçün sağ olun. İlk növbədə mənə 8 il əvvəl əla şans verən Aurelio De Laurentisə (“Napoli”nin prezidenti – red.), direktorlara, oyunçulara və bütün personala təşəkkürümü bildirirəm. Mən indi sizin sərəncamınızdayam” deyən Cuntoli jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablayıb.

* Çox xoşbəxtəm. Yeni klubda çox isti qarşılandım. “Yuventus”da bütün məqamlarda keyfiyyətin şahidi oluram. Artıq burda hər kəsin marağına səbəbkar olmuşam. Belə vəziyyətimə görə çox şadam.

* Bir sıra məqamları görmək üçün gözləmişəm. Rəhbərlik məndən klubun daha yüksək səviyyəyə yüksəlməsində, dayanıqlı və yenidən rəqabətədavamlı olmasında köməyimi əsirgəməməyi istəyib. Ona görə ki, bütün dünya bu yolla irəliləyir. Biz İtaliyada və dünyada yenidən rəqabətədavamlı olmaq üçün yalnız hesaba yox, “Yuventus”un tarixinə də nəzər salmalıyıq. Mənim karyeram hər şeyi deyir: bir klubda 6, digərində isə 8 il işləmişəm. Mənim üstünlüyüm sərəncamımda olanlardan maksimum istifadə etməyimdi. Buna görə təcrübəmi bura daşımaq istəyirəm.

* Turinə yenicə gəlmişəm, amma klub Rabyo ilə müqaviləni yeniləmək, Milikin transfer hüququnu almaq və Veanı transfer etməklə növbəti mövsüm üçün vacib addımlar atıb. “Yuve” artıq transfer bazarında fəaliyyətə başlayıb. Hazırda müxtəlif mövqelər üzrə kifayət qədər oyunçumuz var, bu səbəbdən heyətin rasionallaşdırılması vacibdi. Biz gələcəkdə gənc oyunçulara üstünlük verəcəyik, dayanıqlılıq və rəqabətədavamlılıq arasında balans yaratmaq lazımdı.

* Makkenninin yeni layihəyə daxil olmadığını heç vaxt dilə gətirməmişik. İndi bəzi futbolçular fərdi proqram əsasında məşq edirlər, bəziləri isə həqiqətən də layihədən kənarda qalıblar. Zakariya və Arturun mümkün satışı üçün bir çox klublarla danışıq aparırıq. Bonuççinin məsələsini də müzakirə edirik. Hələ ki onun xoşuna gələn variant tapa bilməmişik.

* İndi bizə meydanı təmizləmək lazımdı. Cuntoli, Alleqri və ya Mannadan transferlər gözləməyin. Dayanıqlı və rəqabətədavamlı bazarı qurmağa qayıtmalıyıq. Lukakuya gəlincə, sadəcə, informasiya toplayırıq, sonra isə qəzetlər bizim yerimizə bütün işləri görürlər. Biz yeni mövsümdə Vlahoviç, Kyeza və Milikə üstünlük verəcəyik.

* Tədrici inkişaf, yoxsa inqilab? Bilmirəm, hələ bu haqda düşünməmişəm. Mən indi “Yuventus”un yolunu dəyişən böyük peşəkarların əhatəsindəyəm. Və onlarla birlikdə klub üçün əlavə üstünlüyə çevrilə biləcəyimə ümid edirəm. Mənim burda peyda olmağım hadisə deyil, yolun bir hissəsidi.

* Komandanın rəqabətədavamlı olduğuna əminik. İndi Lukakunun mümkün transferi ilə bağlı danışmaq istəmirəm. Ona görə ki, “transfer pəncərəsi”nin bağlanmasına hələ çox var. Hazırda Manna ilə birlikdə bir neçə oyunçu ilə bağlı məlumat toplamaqla məşğuluq. İndi sizə konkret hansı futbolçunu almaq istədiyimizi deyə bilməyəcəyəm. Belə deyək, indi başqa məqamlar haqqında düşünürük.

* Vlahoviç? Məncə, hamı artıq bizim ilk növbədə hesablarımız haqda düşündüyümüzdən xəbərdardı. Bizə geri çevirə bilməyəcəyimiz təklifin gəlib-gəlməyəcəyinə baxacağıq. Amma hamı bilsin ki, indiki məqamda Vlahoviçə üstünlük veririk. Vlahoviçlə Kyezanın satışından təxminən 70-80 milyon avro qazanmaq olar? Mən rəqəmlər haqda danışmıram. Hər şey gələcək təkliflərdən asılı olacaq. Kluba belə cəlbedici təklifin gələcəyini isə heç kim bilmir.

* Poqba onun üçün çətin keçən mövsümdən sonra meydana qayıdır. Mümkün qədər tez formaya düşmək üçün öz üzərində səylə çalışır. O, bizim üçün çox vacibdi. Heyətdə olan çox sayda gəncin inkişafı üçün Pola böyük ehtiyacımız olacaq.

* “Yuventus” hazırlığa nədən başlayır? Gücümüz nəyə çatırsa, onu da etməliyik. Və qarşımıza minimal vəzifələr qoymamalıyıq. Mən “Yuve”nin maksimuma nail olması üçün özümdən çox şey tələb edirəm.

* Dediyim kimi, heyətdə düzgün balans tapmaq lazımdı. Kyeza və bir neçə oyunçu bizim üçün toxunulmazdı. Amma balansı tapmaq da vacibdi.

* Müdafiə xəttində oynayan çox oyunçumuz var. Bu mövqedə Aleks Sandro, Danilo, Ruqani, Bremer, De Vinter və Qatti çıxış edirlər. Bu xətdə hər şey qaydasındadı. Sadəcə, kimsə getməlidi.

* Bazarda qurbanlar verilə bilər? Sözsüz, bu addımı atmaq çətindi. Ona görə ki, “Yuventus” “Yuventus”du. Doğru yola çıxmaq üçün müəyyən vaxt tələb olunur, amma klubun hədəfi yenidən rəqabətədavamlı olmaqdı. Biz azarkeşləri uzun illər ərzində sevindirəcək komanda qurmalıyıq. Bu, bizim üstünlüyümüz olacaq. Qurbanlara gəlincə, heyəti rasionallaşdırarkən sakit və aydın hərəkət etməliyik. Yalnız bu halda məşqçiyə əlçatan oyunçular arasından ən yaxşılarını verə bilərik.

* Mən Alleqri ilə hər gün söhbət edirəm. O, hələ ki məndən hansısa oyunçunu almağı xahiş etməyib. Massimiliano komandadan razıdı, əvvəlki kimi gənclərə üstünlük verəcək. Mənimlə söhbətində komandanın böyük potensiala malik olduğunu bildirib. Məşqçinin fikrincə, sərəncamında inkişafı mümkün olan heyət var. Aramızdakı ilk danışıqlar məhz bundan ibarət olub. Özüm də ondan başqa məsələlərlə bağlı nəsə soruşmamışam. Digər direktorlarla da hər gün ünsiyyət saxlayıram.

* Ötən mövsüm komanda üçün çətin keçdi. Bu baxımdan Alleqrinin işi daha çətin oldu. O, yüksək səviyyəli mütəxəssisdi. Alleqri çətin yolda irəliləməyi bacaran məşqçidi. Massimilianonun indiki məqamda “Yuventus” üçün düzgün seçim olduğunu düşünürəm. Böyük nəticələrə nail olmaq üçün istedad, mentallıq və intizam tələb olunur.

* Düzünü desəm, Lukaku ilə bağlı xəbərə tifozinin mənfi reaksiyası haqda düşünməmişəm. Transferlər dövründə minlərlə xəbər dolaşır. Amma hazırkı məqamda konkret sayılmayan mümkün transferə belə reaksiya vermək olmaz.

* Qələbələri geri qaytarmaq üçün hər gün əla işlər görülməlidi. Daha nə lazımdı? Eh, gələcəyi xəbər verməyi bacarsaydım... Bu klubda işini yaxşı bilən adamlarla tanış olmuşam. Onlar son illər qeyri-adi işlər görüblər. Sadəcə, təmkinli olmaq lazımdı. Yaxşı bilirəm ki, “Yuventus” dünyası hər şeyə dərhal nail olmaq istəyir. Amma indi o dövr deyil. Heyəti rasionallaşdırmalı, hər oyunçuya imkanlarından maksimum yararlanmaq şansı verməliyik. Məhz bu halda yüksək nəticələrə nail ola bilərik.

* Böyük qələbələrə dönmək üçün nə qədər çalışmaq lazımdı? Mən özüm üçün məhdudiyyətlər müəyyənləşdirmirəm. Gündəlik fəaliyyətimizdə maksimum dərəcədə çalışmalıyıq. Məsələn, özüm hər gün yuxudan ayılandan sonra maksimum səviyyədə iş görürəm. Adamın özü üçün istənilən məhdudiyyətlər qoyması doğru deyil.

* Biz ilk növbədə mövcud vəziyyəti dəyərləndiririk. Hansısa qənaətə gəlmək hələ tezdi. Transfer bazarında növbəti əməliyyatlar aparmaq üçün ayyarım vaxtımız var. Bu müddətdə nəyə ehtiyacımız olacağını və hansı gənclərə üstünlük veriləcəyini müəyyənləşdirəəcəyik. Odu ki, tələsik addım atmaq fikrindən uzağıq.

* Hə, matçları ehtiyat oyunçular skamyasından izləyirəm. Məşqçilərlə futbolçulara yaxın olmağı çox xoşlayıram. Onlara mane olmadığımı düşünürəm. Sadəcə, oyunu seyr edirəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-07-2023, 11:0

UEFA “Yuventus”u Konfrans Liqasından kənarlaşdıracaq

Dünya futbolu

10-07-2022, 20:0

O, “Napoli”də toxunulmazdı!

Dünya futbolu

4-10-2022, 23:0

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya futbolu

1-01-2023, 23:0

Osimhen Fransa yolunda

Dünya futbolu

3-08-2022, 18:0

"Napoli"dən ayrılan futbolçu "Yuventus"un təklifini rədd etdi

Aktual
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
Son xəbərlər
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 236
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə