• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mendinin üzərindən bütün ittihamlar götürüldü

Dünya futbolu

21-07-2023, 19:0

Artıq xəbər verdiyimiz kimi, “Mançester Siti”nin sabiq müdafiəçisi Benjamen Mendinin üzərindən son ittihamlar da götürülüb – daha bir zorlama epizodu və zorlamaya cəhd ittihamları üzrə də günahsız sayılıb.

"Football-plus.az" xəbər verir ki, buna qədər isə 8 epizod üzrə də bəraət almışdı. Qərar açıqlanandan sonra fransalı futbolçu ağlayıb. Onun vəkili Cenni Uitmor isə belə deyib:

“Benjamen andlılara təşəkkür etmək istəyir. Ona görə ki, onlar sübutlara kökləndilər, daha bu işi lap əvvəldən müşayiət edən şayiələrə yox. Bu artıq cənab Mendinin andlılar önündə dayandığı və günahsız sayıldığı ikinci haldı. O, hər iki halda doğru verdikt çıxarıldığına görə çox sevinir. Polisin bu iş üzrə təhqiqata başlamasından, demək olar ki, üç il keçir. Mendi özünü tox tutmağa çalışsa da, bu prosesin ona ciddi təsir göstərməsi qaçılmazdı. O, bütün bu sınaq dövründə dəstək verən hər kəsə minnətdardı, indi isə rahat buraxılmasını istəyir ki, həyatını bərpa etməyə başlasın”.


İş necə inkişaf edib?
• 2021-in avqustunda Mendi 4 zorlama epizodu və sekssual zəmində bir zorakılıqla bağlı ittiham olundu. Bir neçə ay sonra mümkün zorlamaların sayı 7-yə qədər artdı.
• 2022-nin fevralında yeni ittiham əlavə olundu – zorlamaya cəhd. İyunda mümkün cinayətlərin sayı 10-a qədər artdı.
• 2023-ün əvvəlində andlılar məhkəməsi Mendini bir neçə epizod üzrə günahsız saydı: bunlardan 6-sı zorlama, biri isə seksual zəmində zorakılq idi. Mendi 2022-nin sentyabrında da daha bir bənd üzrə günahsız sayılmışdı.

İyulda isə Mendi qəti şəkildə bəraət aldı.

Bütün bu müddətdə harda olub?
Onu həbsə aldılar və girov müqabilnidə azadlığa buraxmaqdan boyun qaçırdılar. Benjameni əvvəlcə Liverpul həbsxanasına göndərdilər, ardından təhlükəsizlik mülahizələrinə görə Mançesterə köçürdülər. Fransalı 134 gün təcridxanada qaldı – 2022-nin yanvarında onu girov müqabilində buraxdılar.
İlk yarım ili Mendi ev həbsində keçirdi. Həmçinin məlumdu ki, ayağında elektron brasletlə gəzib və hər gün polisdə qeydiyyatdan keçib. Benjamen bütün 10 bənd üzdə günahını boynuna almaqdan imtina edib, ancaq etiraf edib ki, özünü qeyri-peşəkarcasına aparıb və qızlara hörmətsiz yanaşıb.

“Siti” bu hadisəyə necə reaksiya göstərib?
Klub ittiham aktı elan olunan kimi futbolçudan üz döndərib: əvvəlcə onu heyətdən kənarlaşdırıblar, ardından Mendi ilə bağlı bütün məhsulları interner-dükandan yığışdırıblar. “Daily Mail” bildirir ki, “Siti” 2021-in sentyabrından bəri futbolçuya pul ödəməyib (həftədə 100 min funta yaxın), ancaq müqaviləni də pozmayıb. Benjamenin mankunianlarla müqaviləsinin müddəti bu yay bitib – təbii ki, onu uzatmayıblar. Bununla belə, futbol meydanından kənarda futbolçularla və məşqçi korpusuna istənilən məsələ ilə bağlı yardım edən klubun sabiq xanım əməkdaşı Codi Dikin məhkəmədə Mendini yalnız müsbət tərəfdən xarakterizə edib: “Benjamen əziz adamdı. Açıqsözlüdü, həmişə mənə zarafatcıl adam kimi görünüb. Onu yaxından tanısaq, deyə bilərik ki, başına gələnləri gizlətmək üçün diqqət mərkəzində görünür. Belə adamları hər kəs öz yanından görmək istəyir. Benjamen adamları özünü rahat və xoşbəxt hiss etməyə məcbur etməyi bacarır”.

Hər halda, Codi Mendinin qadınlarla sevgisini də inkar etməyib. Səhərlər Benjamenin arxasında gedən (onda açar var imiş) xanım əməkdaş tez-tez qızları onun evində görürmüş: “O, çox parlaq və gözəgirən paltarlar geyirdi. Qızları belə obraz cəlb edir, bu üzdən Ben diqqət mərkəzində olurdu”.

Depay və Vinisius kompensasiya tələb edir
Məhkəmə bitəndən sonra həmkarları Mendiyə çılğın dəstək verib. Memfis Depay qəzəbli məktub yazıb: “Bütün işlər dayandı. Bəs indi nə edəcəyik? Kim bu qardaşımıza yardım edəcək? Onun adına vurulan zərbəyə görə kim cavab verəcək? Onun karyerasını necə qaytaraq? Peşəkar futbolçu olmaq üçün illərlə çalışıb. Bəs indi? Biz idmançıların başına belə hadisə gəlməsi ilə barışa bilmərik. Çətin məqamlarda kim bizim müdafiəmizə qalxacaq?”
Vinisius da, demək olar ki, niderlandlı hücumçunun sözlərini təkrarlayır: “Sən karyeranın iki ilini itirdin, ancaq indi bu əsas deyil. Psixoloji zərbənin axırı necə olacaq? Nə vaxta qədər bizi ittiham və mühakimə edəcəklər, bizim isə elementar müdafiə imkanımız olmayacaq? Faktlar yoxlanılmadan saxta xəbərlər hazırlanır, yayılır və vəziyyət daha da pisləşir. Yeganə sualım budu: zərəri ödəyəcəklərmi?”

Pol Poqba da məhkəmənin qərarına reaksiya verib: “İstərdim ki, hər cür axmaq sözlər danışan adamlar sənin adını təmizləsin. Səni yenidən meydanda gözləyirəm”.

Fransalı sonuncu dəfə 2021-ci ilin avqustunda “Tottenhem”ə qarşı oynayıb. Düzdü, ittiham olunana qədər də nadir hallarda görünürdü: 2020/21 mövsümündə bütün turnirlərdə cəmi 1524 dəqiqə oynamışdı. Artıq onda “Siti” daimi zədələr üzündən oyunçunun satışı üzərində düşünürdü – Mendi ilə “İnter” maraqlanırdı.

İndi fransalı müdafiəçinin karyera perspektivləri dumanlıdı. “Siti” Mendini 50 milyon funta almışdı. Bu gün hətta “transfermarkt.com” Benjemanə dəyər qoymağa cürət etmir – çox güman, onun indiki formasını dəyərləndirməyin mümkünsüzlüyü üzündən.
Benjamen iyulun 17-də 29 yaşını tamamladı. Bütün son hadisələri nəzərə alanda çətin ki artıq top-klubların maraq dairəsinə düşə...
Yeri gəlmişkən...

Dünən Mendinin “Loryan”la müqavilə imzalaması haqda xəbər yayıldı. Müdafiəçi Fransanın elita klubuna azad agent kimi qoşulub. Maraqlıdı ki, transfer açıqlanandan dərhal sonra klubun rəsmi saytı yüklənməyə dözməyərək bağlanıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-08-2022, 23:0

Mendinin qeyri-adi seks macəraları

Dünya futbolu

17-07-2023, 22:0

Mendi bəraət aldı

Aktual
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
Son xəbərlər
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə