• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

11 mövsümdü “Bavariya”ya rəqib tapılmır!

Dünya futbolu

21-07-2023, 19:0

Almaniya çempionatında uzun illər unudulmayacaq mövsümü geridə qoyduq.

"Football-plus.az" xəbər verir ki, son illərdə intiriqa baxımından “böyük beşliy”in ən kasad turniri sayılan bundesliqa bu dəfə inanılmaz sonluğa səhnə oldu. Düzdü, nəticə dəyişmədi və “Bavariya” növbəti çempionluğu qazandı. Amma bu çempionluğu münhenlilərə daha çox Dortmund “Borussiya”sı özü bağışladı. Adətən, nəhəng komandalar zəif performans sərgilədikləri qarşılaşmada da qalib gəlməyi bacarırlar. Bu dəfə bu ifadəni “Bavariya” üçün bütün mövsümün gedişinə aid etmək olar...

Möcüzəvi və istefaya səbəb olan çempionluq
Hətta ötən yay Levandovski kimi futbolçunun əldən çıxmasına baxmayaraq, daxili birincilikdə mövsümün “rekordmayster” üçün bu dərəcədə çətin keçəcəyi gözlənilmirdi. Komanda Yulian Naqelsmann ilə adəti üzrə bundesliqaya və ÇL-ə inamlı start verdi. DÇ fasiləsinə “Bavariya” ən yaxın rəqibini 4 xal üstələyərək yollandı. Amma yanvarda mövsüm bərpa olunandan sonra komandaya nəsə oldu. Ardıcıl 3 bərabərlik gözlənilmədən dirçələn Dortmund “Borussiya”sı da daxil olmaqla digər klublara fərqi azaltmağa imkan verdi. “Bavariya” hətta qalib gəldiyi oyunlarda da çətinlik çəkirdi. Çünki mərkəz hücumçusunun yoxluğu hiss olunurdu. Ara-sıra parlayan Çupo-Motinq bütün mövsümü eyni səviyyədə keçirməyə qadir deyildi. Mane isə ona bəslənilən ümidlərin heç yarısını da doğrultmadı. Bu üzdən əsas yük köhnə qvardiyanın – Müller, Qnabri, Koman, Sanenin və yeni ulduz Musialanın üstünə düşdü. Mövsümün həlledici məqamında Noyer də sıradan çıxdı. Martdakı yığma fasiləsində rəhbərlik böyük müzakirələrə səbəb olan addım ataraq Naqelsmannı Tomas Tuxel ilə əvəzlədi. Bu, daha çox ÇL-də “Mançester Siti” ilə oyun üçün hesablanmış bir addım idi. Çünki rəhbərliyin fikrincə, komanda bundesliqanı pis-yaxşı onsuz da qazanacaqdı. Amma bu addım özünü qətiyyən doğrultmadı. “Bavariya” “Siti” ilə dueldə fiaskoya uğrayaraq “ağ bayraq qaldırdı”. Komanda ölkə kubokunda da mübarizəni 1/4 finalda dayandırmalı oldu. Qazanılası yeganə titul bundesliqa qalmışdı ki, burda da işlər qaydasında getmirdi. 29-cu turda “Maynts-05” münhenliləri yenərək “Borussiya”nın zirvəyə yolunu açdı. Artıq finiş xəttində hər şey “arılar”ın əlində idi. Amma həmin “Maynts-05” son turda bu dəfə “Borussiya”nı büdrədərək “Bavariya”nın çempionluq yolunu açdı. Münhen nəhəngi ardıcıl 11-ci çempionluqla “böyük beşlik”də yeni tarix yazsa da, budəfəki uğur fanatları çox da sevindirmədi. Üstəlik komanda çempion olan gün idarə heyətinin sədri Oliver Kan ilə idman direktoru Hasan Salihamiciç istefaya göndərildi! Hələ ki normal hücumçu tapmayan, üstəlik Mane ilə də vidalaşmaq istəyən “Bavariya”nın yeni mövsümdə Tuxel ilə necə təsir bağışlayacağı indidən böyük maraq doğurur.

“Borussiya”: ürək ağrısı ilə xatırlanacaq bir mövsüm
Dortmund “Borussiya”sının başına gələnləri yalnız ürək ağrısı ilə xatırlamaq olar. Əslində mövsümün gedişində çoxları artıq intriqadan əlini üzmüşdü. 16-cı turdan sonra “Borussiya” “Bavariya”dan 9 xal geridə idi! Amma “xərçəng”ə qalib gələn Allenin, eləcə də ayağı açılan Malen ilə yeni transfer Adeyeminin və gənc Mukokonun qolları sıralamağa, Bellingem və Roysun liderlik keyfiyyətlərini sərgiləməyə başlamasından sonra komanda bir andaca dirçəldi. 16-cı turdan sonra “arılar” ardıcıl 8 qələbə ilə klubun bundesliqada yeni rekordunu müəyyənləşdirdilər. Elə çempionat çərçivəsində evdə ardıcıl 11 qələbə də klubun yeni rekordu idi. Həmin vaxtlarda “Bavariya” qeyri-sabit çıxış edirdi. Hər şey Edin Terziçin kollektivinin çempionluğuna doğru gedirdi. Amma mayın 27-də ajiotajdan az qala partlamaq üzrə olan doğma “Siqnal İduna Park”da heç bir hədəfi və motivasiyası qalmayan “Maynts-05”lə oyunda nə baş verdiyini heç kim anlamadı. Bundan sonra da, yəqin ki, heç kim anlamayacaq. Həmin gün futbol Tanrısı sanki “Bavariya”lı idi. “Borussiya” 2 erkən qol buraxmaq azmış kimi, penaltini də boşa verdi. Komanda 2-ci hissədə artıq əldən çıxmaq üzrə olan “gümüş cam”ın bir tərəfindən yapışaraq “sürünə-sürünə” hesabı 2:2 etdi. Düzdü, yekunda 2 komandanın xalı eyni oldu. Amma “Bavariya” top fərqində üstün olduğu üçün “gümüş cam”ı özünə götürdü. Belə psixoloji zərbədən və mövsümün ən yaxşı oyunçusu seçilən Bellingemin ayrılmasından sonra Dortmund klubunun gələn mövsüm necə təsir bağışlayacağı maraqlıdı. Amma istənilən halda ötən mövsümkü əzmkarlığa, baxımlı futbola və “Bavariya” kimi rəqiblə son saniyəyə qədər başabaş döyüşdüyünə görə “Borussiya” həm alqış, həm də təşəkkür düşür.

16 qollu bombardirlər...
“Leyptsiq”in 3-cü yeri tutması və ardıcıl 2-ci dəfə ölkə kubokunu qazanması heç kimi təəccübləndirmədisə, “Union”un 4-cü olması mövsümün əsas sürprizlərindən biridi. 2019-dan bundesliqada çıxış etməyə başlayan və büdcəsinə görə ortabab sayılan paytaxt təmsilçisi, göründüyü kimi, elitada keçirdiyi 4-cü mövsümdə ÇL-ə vəsiqə qazandı. Komanda 2022-nin fevralından bəri bundesliqada evdə heç kimə uduzmayıb və bu seriya hazırda 23 oyuna bərabərdi! Əslində son turlara qədər 4-cü pilləyə “Frayburq” daha yaxın idi. Amma Kristian Ştrayxın kollektivi mövsümün sonunu boşa verərək son 4 turdan 3-də uduzdu və yalnız 5-ci pillə ilə kifayətlənməli oldu. “Bayer-04” mövsümə faciəvi başlayaraq antirekordları sıralasa da, Xabi Alonsonun təyinatından sonra vəziyyət düzəlməyə başladı. Təsəvvür edin ki, 8-ci turdan sonra 5 xalla sondan əvvəlki pillədə qərarlaşan komanda yekunda 6-cı pilləni tutaraq AL-in qrupunda oynamaq haqqı qazandı. Futbol dünyası Alonsonun timsalında yeni, gənc və perspektivli bir məşqçi qazandı. Təsadüfi deyil ki, Ançelottinin “Real”dan ayrılması durumunda onu əvəzləməyə əsas nazmizəd məhz Alonsodu. “Şalke-04”ün bundesliqa macərası uzun çəkmədi və komanda yenidən elita ilə vidalaşmalı oldu. “Union” ÇL-də oynadığı mövsümü paytaxtın digər – daha məşhur təmsilçisi “Herta” aşağı liqada keçirəcək. “Hamburq” isə heç cür tilsimi qırıb elitaya qayıda bilmir. Bu dəfə “dinozavrlar” pley-offda “Ştutqart”a boyun əydilər. Bununla da “Hamburq”un bundesliqa həsrəti 6 mövsümə yüksəldi. Onu da bildirək ki, bombardirlər yarışındakı mübarizə turnirin antirekordunun qeydə alınması ilə nəticələndi. Levandovski ilə Holannın “torba-torba” qollar vurduğu dönəmlər başa çatdı. Fyullkruq ilə Nkunku cəmi 16 qolla bombardirlər yarışının qalibi oldular. Bundesliqa tarixində bombardir heç vaxt bu qədər az qol vurmamışdı...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-05-2022, 18:0

Levandovski "Bavariya"dan gedir?

Dünya futbolu

20-02-2023, 20:0

Naqelsmannın üzü döndü...

Dünya futbolu

11-05-2022, 18:0

Levandovski "Bavariya"dan ayrılmaq istəyir

Dünya futbolu / Manşet

24-03-2023, 13:0

"Bavariya"da nələr baş verir? - TƏHLİL

Aktual
Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
“Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
"Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
Son xəbərlər
  • Dünən, 23:59
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • Dünən, 23:37
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
  • Dünən, 23:00
    FİFA-da prezident seçkisi nə vaxt keçiriləcək?
  • Dünən, 22:29
    Əziz Yıldırımın rəqibi ''Milan''ın ulduzunu ''Fənər''ə gətirmək istəyir
  • Dünən, 22:00
    Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
  • Dünən, 21:28
    11 ildən sonra “Çelsi”yə qayıda bilər
  • Dünən, 20:58
    “Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
  • Dünən, 20:22
    Kristensen gedir
  • Dünən, 19:57
    Güləşçilərimiz AÇ-nin finalında
  • Dünən, 19:43
    ''Şaxtyor'' çempion oldu, Arda Turan tarixə düşdü
  • Dünən, 19:06
    "Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
  • Dünən, 18:59
    Ferstappenin atası yaxşı qurtardı
  • Dünən, 18:10
    "Sabah" "Neftçi" ilə oyunda mükafatlandırılacaq - RƏSMİ
  • Dünən, 17:42
    "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlandı - 32-ci turun cədvəli
  • Dünən, 17:37
    Serrano premyer-liqada 100-ə çatan ikinci ispaniyalıdı
  • Dünən, 17:23
    Adetokunbo Messi ilə Ronaldonu müqayisə etdi
  • Dünən, 16:47
    12 saat timsahlar arasında üzdü!
  • Dünən, 16:21
    “Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
  • Dünən, 15:51
    Rokki hakimlərin işinə necə müdaxilə edib? - “İnter”in heç bir rəhbərinin istintaqa cəlb olunmadığı vurğulanır
  • Dünən, 15:37
    İki güləşçimiz AÇ-nin yarımfinalında
  • Dünən, 15:16
    Mövsümdə 2-ci dəfə...
  • Dünən, 14:49
    "Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
  • Dünən, 14:26
    Millimiz Gürcüstana uduzdu
  • Dünən, 14:18
    Rəhim Sadixov 200-ə çatdı
  • Dünən, 13:47
    Nəriman 11 dəqiqə oynadı, komandası darmadağın oldu
  • Dünən, 13:30
    7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
  • Dünən, 12:59
    İki ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 12:30
    İlkin siyahıya düşsə də, DÇ-2026-da oynayacağı dəqiq deyil
  • Dünən, 12:00
    Son 35 ilin ən pis göstəricisi
  • Dünən, 11:29
    ''Fənərbaxça'' çempion oldu
  • Dünən, 11:00
    Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
  • Dünən, 10:31
    "Sabah" - "Zirə" finalına son iki gün - 6500-ə yaxın bilet satıldı
  • Dünən, 10:00
    Yayda meydanı tərk edəcək
  • Dünən, 01:02
    “Barselona” 29-cu dəfə çempion oldu
  • 10-05-2026, 23:0
    Üç açılış mərasimi keçiriləcək
Daha çox
Oxunub: 218
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 214
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 182
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 179
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə