Nəhayət, Rayan Giqqzin üzərindən cinayət məsuliyyəti götürülüb. Sevgilsini döyməkdə ittiham olunan Uels yığmasının sabiq baş məşqçisi bəraət alıb.
"Football-plus.az" xəbər verir ki, Mançester məhkəməsi Giqqzin bütün maddələr üzrə təqsirsiz olduğuna qəraq verib.
Bu səbəbdən iyulun 31-nə təyin edilən növbəti məhkəmə iclası keçirilməyəcək. 49 yaşlı mütəxəssis 2020-ci il noyabrın 1-də keçmiş sevgilisi Keyt Qrevilli və onun bacısı Emmanı döyməkdə ittiham olunurdu. Lakin Giqqz bu insidentdə özünü heç vaxt günahkar saymayıb. Ona yönələn ittihamlar sübut olunacağı halda sabiq futbolçu 5 ilə qədər həbs cəzasına məhkum edilə bilərdi.
Bu insident hər necə olsa, Giqqzi işindən etmişdi. Uels Futbol Assosiasiyası 2021-ci ilin aprelində saxlanılan və bir gündən sonra girov qoymaqla sərbəst buraxılan məşqçini müvəqqəti milli komandadan kənarlaşdırmışdı.
Maraqlıdı, görəsən, Gizz əvvəlki iş yerinə qaytarılacaq?