Harri Maquayrın son mövsümdə qeyri-qənaətbəxş çıxışına görə az tənqid olunmadığı çoxlarına məlumdu.
"Football-plus.az" xəbər verir ki, buna baxmayaraq, “Mançester Yunayted” rəhbərliyi futbolçunu başqa kluba buraxmaq niyyətində deyil. “The Guardian” qəzetinin məlumatına görə, “Vest Hem” müdafiəçini icarəyə götürmək üçün MY-yə təklif göndərib. Lakin bu təklif rədd edilib. İddiaya görə, “Yunayted” yalnız çox yüksək məbləğdə təklif gələcəyi halda Harrini satmağı düşünəcək. Səbəb kimi MY-nin transferlər üçün büdcəsini artırmaq istədiyi göstərilir.
Qeyd edək ki, Maquayr son mövsümdə İngiltərə çempionatında 16 oyun keçirib və 4 sarı vərəqə alıb.