"Neftçi” Moskvaya yola düşüb.
"Football-plus.az" xəbər verir ki, Sankt-Peterburqda beynəlxalq turnirdə iştirakını başa vuran paytaxt təmsilçisi oradan çarter reysi ilə Rusiya paytaxtına yollanıb.
Qeyd edək ki, iyulun 18-də “Otkritiye Arena”da “Neftçi” ilə Moskva “Spartak”ı arasında yoxlama oyunu keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.