“Neftçi” Sankt-Peterburqa 23 futbolçu ilə gedir

28.06.2023 21:55 268
Ölkə futbolu
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV” turnirinə 23 futbolçu ilə yollanacaq.

"Football-plus.az" xəbər verir ki, bakılılar təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə saat 12-də çarter reysi ilə Sankt-Peterburqa gedəcəklər.

“Ağ-qaralar” səfərə məşqçilər Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında aşağıdakı futbolçularla yollanacaq:

Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov.

Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev.

Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov.

Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski.