• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milinkoviç-Saviç 28 yaşında karyerasını pula qurban verdi! - YAZI

Dünya futbolu / Yazarlar

16-07-2023, 12:0

Son dönəmlərin ən səs-küylü transferlərinə imza atan ərəblər dünya futboluna damğa vurmaqda davam edirlər.

Bu vaxta qədər Səudiyyə Ərəbistanına əsasən Kriştiano Ronaldo, Benzema, Kante, Firmino kimi Avropada sözünü demiş və karyerasının sonuna yaxınlaşmış futbolçular yollanırdı. Və yaxud da Ruben Neveş kimi yalnız Yaxın Şərqdə böyük pullar qazana biləcək nisbətən gənc və ortabab oyunçular ora gedirdi. Amma ərəblər bu dəfə Avropada önəmli ulduzlardan sayılan və yaşı ötməyən bir futbolçunu özlərinə cəlb edə biliblər. "Football-plus.az" xəbər verir ki, söhbət “Latsio”nun serbiyalı yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdən gedir. “La Repubblica” nəşrinin yazdığına inansaq, təcrübəli yarımmüdafiəçi karyerasını “Əl-Hilal”da davam etdirməyə razılıq verib. Bu klub futbolçuya illik 20 milyon avro məvacib olmaqla 3 illik müqavilə, “Latsio”ya isə 40 milyon avro təzminat təklif edib!

Milinkoviç-Saviç 2015-dən “Latsio”nun şərəfini qoruyurdu. O, bu müddətdə romalılarla 1 dəfə (2019) ölkə kubokunu və 2 dəfə (2017, 2019) ölkə superkubokunu qazanmışdı. İldən-ilə oyununu, fiziki göstəricilərini yaxşılaşdıran, qüvvətli zərbələrə və əla ötürmələrə malik olan yarımmüdafiəçi “Latsio”nun əsl lideri sayılırdı. Son illərdə, demək olar, Avropanın bütün nəhəng klubları onunla maraqlanırdı. Bura “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Bavariya”, “Yuventus” və PSJ daxildi. Hər yay onun Romanı tərk edəcəyi gözlənilsə də, “Latsio” prezidenti Klaudio Lotito hər dəfə onu qəribə şəkildə heyətdə saxlamağı bacarırdı. Hətta ötən yay “Yuventus” bu futbolçuya görə 120 milyon avro təklif etmişdi! Amma iyunun əvvəllərində Milinkoviç-Saviç gözlənilməz qərar verdi. O, rəhbərliyə “Latsio”nu tərk etmək istədiyini dedi. Futbolçunun müqavilə müddəti 2024-də başa çatırdı. Aydın məsələdi ki, romalılar onu havayı buraxmaq istəmirdi. Serbiyalıya yenə önəmli klublardan təkliflər yağmağa başladı. Amma cəmi 28 yaşı olan, karyerasının zirvə nöqtəsində olan, dəyərinə görə Avropanın ən bahalı 8-ci mərkəz yarımmüdafiəçisi (hazırda onun dəyəri 50 milyon avrodu) sayılan və hələ bir çox titul qazanmaq fürsəti olan futbolçu tam başqa varianta üstünlük verdi. Onun qərarını təkcə futbol dünyası yox, “Latsio” prezidenti Klaudio Lotito da anlamır: “8 ildən sonra o, mühiti dəyişmək və başqa kluba keçmək istədiyini dedi. Bizim pulla bağlı problemimiz yox idi. Problem onun beynindədi. Mənim aləmimdə bir futbolçu Səudiyyə Ərəbistanına yollanırsa, bunu yalnız pul qazanmaq üçün edir. Sona qədər onu fikrindən daşındırmağa çalışdım. Hətta maaşını yüksəltməyi təklif etdim. Amma o özü ayrılmaq istəyirsə, mən nə edə bilərəm?! Hər kəs öz həyatı ilə bağlı seçimini özü edir. Sergeyin bu qərarı karyerasını başa vurmaq mənasını verir. Ona söz vermişdim ki, sərfəli təklif olsa, buraxacam. Bizə 40 milyon avro təklif olunub. Mən, sadəcə, verdiyim sözün üstündə dururam”.

Milinkoviç-Saviç “Əl-Hilal”da 3 ilə 60 milyon avro qazanacaq. Avropada qalsaydı, bundan kəskin dərəcədə az məbləğ qazanmayacaqdı. Amma o, yeni səviyyəyə yüksəlmək, ÇL-i qazanmağa cəhd etmək əvəzinə karyerasını pula qurban verdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-07-2023, 21:0

Səudiyyə Ərəbistanına daha bir avropalı yollandı

Dünya futbolu

24-10-2022, 23:0

Saviçə 60 milyonluq təklif

Dünya futbolu

21-03-2023, 22:0

Milinkoviç-Saviç İngiltərə nəhənginin hədəfində

Dünya futbolu

22-11-2022, 23:0

“Yuventus”a keçidə razılıq verdi

Dünya futbolu

18-10-2022, 23:0

Milinkoviç-Saviçin qiyməti açıqlandı

Dünya futbolu

31-10-2022, 21:0

Milinkoviç-Saviç qışda klubunu dəyişə bilər

Aktual
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Son xəbərlər
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Dünən, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Dünən, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 221
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə