• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Üç şir”: son 39 ildə ilk çempionluq - REPORTAJ

Dünya futbolu / Reportaj

14-07-2023, 22:0

İngiltərə - İspaniya 1:0
İngiltərə: Trafford, Qarner, Kolvill, Hervud-Bellis, Aarons, Smit-Rou (Madueke, 66), Cons, Gibbs-Uayt (Arçer, 73), A.Qomes (Skipp, 73), Palmer (Elliott, 82), Qordon (Doyl, 82).
İspaniya: Tenas, Viktor Qomes (Barreneçea, 73), Paredes, Paçeko, Miranda, Blanko (Kamelyo, 83), Baena (Veyqa, 59), Rodri Sançes (Oros, 59), Sanset (Rikelme, 59), Serxio Qomes, Abel Ruis.
Qol: Cons, 45+4.
Vərəqələr: A.Qomes, 24. Baena, 34. Blanko, 37. Kolvill, 45+6. Sanset, 45+6. Oros, 62. Gibbs-Uayt, 69. Trafford, 74. Rikelme, 86 – sarı. Gibbs-Uayt (ehtiyat oyunçular skamyasında), 90+12. Blanko (ehtiyat oyunçular skamyasında), 90+12 – qırmızı.
Hakim: Eskos (Norveç).
8 iyul. Batumi. “Acarabet Arena”. 18498 tamaşaçı.

"Football-plus.az" xəbər verir ki, gənclər arasında Avropa çempionatı ideal finalla bitdi. Söhbət heç də oyunun parlaq afişasından getmir. Həlledici oyunda həqiqətən də iki ən yaxşı və balanslaşdırılmış komanda qarşılaşdı. İngiltərə Batumi finalına qədər bütün oyunlarda qalib gəlmiş, qapıçı Trafford isə bir qol da buraxmamışdı. Bu nəticəyə nail olmaq üçün bəzi oyunlarda praqmatik oynamaq lazım gəlmişdi ki, Li Karslinin rəhbərlik etdiyi komanda da bunu yaxşı bacarır. “Qırmızı furiya” isə hücumun təntənəsi və çempionluq markasıdı, axı baş məşqçi Santi Deniya və bu turnirdə çıxış edən 4 futbolçu (Miranda, Qomes, Blanko və Ruis) artıq U-17 və U-19-lar arasında qitə birinciliklərində qalib gəlmişdi.

Bu dəfə hücuma britaniyalılar atıldı və artıq 6-cı dəqiqədə tabloda 2:0 hesabı yansaydı, heç kim təəccüblənməzdi. “Üç şir” əsasən sol cinahla hücum edirdi. Yarımfinal oyununda ispanları bu zonada Mudrik çətinə salırdı, finalda isə “Nyukasl”ın hücumçusu Qordon ardıcıl iki təhlükəli vəziyyət təşkil etdi. İlk epizodda onun fərqlənmək cəhdinin qarşısını qapıçı Tenas seyvlə aldı, Palmer isə özünü topa çatdıra bilmədi. İkinci epizodda Qordon faktiki boş qapı önünə ötürmə verdi. Bu turnirin ən parlaq simalarından biri olan Gibbs-Uaytın topu qapıya göndərə bilməməsi hər kəsi heyrətləndirdi. Fasiləyə yaxın standart vəziyyətlər işə düşdü və onların icrası zamanı “uğur ilahəsinin necə nazlı-qəmzəli gözəl olduğu göründü”. Kolvillin hiyləgər zərbəsindən sonra qapı çatı tablodakı sıfırlardan birinin pozulmasına imkan vermədisə, Palmerin ifasında növbəti cərimə zərbəsi ingiltərəlilərə uğur gətirdi. Daha doğrusu, Consun kürəyi işə yaradı. Ona dəyən top qəfil istiqamətini dəyişdiyindən Tenasın zərbənin qarşısını almaq şansı yox idi. İspaniya isə bu oyunda ümidləri doğrultmadı, daha dəqiqi, azarkeşlərini məyus etdi. Düzdü, bəzi epizodlarda “qırmızı furiya”nın fərqlənməsi üçün azacıq nəsə çatmadı. Ancaq etiraf etmək lazımdı ki, İspaniya sistem baxımından açıq-aşkar rəqibdən zəif idi. Və pireneylilərin 2-ci hissənin əvvəlində təzyiqi artırması da heç nəyi dəyişmədi. Ruisin qolu isə kapitan ofsaydda olduğuna görə qeydə alınmadı. İspanlar başqa heç nə ilə öyünə bilməzdi. Əksinə, ingiltərəlilər müntəzəm rəqib müdafiəsini yarırdı. Final fitindən çox əvvəl intriqanın ölməməsinin iki səbəbkarı var. Bunlardan birincisi dəfələrlə çətin zərbələrin və potensial qol asmalarının qarşısını alan qapıçı Tenasdısa, ikincisi real qol vəziyyətlərini boşa verən Gibbs-Uaytdı. Bu oyunda qələbə əldən verilsəydi, İngiltərə mediası onu “şişə çəkəcəkdi”. Oyunda ən dramatik hadisə isə uzatma dəqiqələrində baş verdi. VAR-ın məsləhəti ilə monitora yaxınlaşan referi Kolvillin cərimə meydançasında Ruisin ayağına zərbə vurduğunu gördü. Hakim “nöqtə”ni göstərdiyindən hər kəs əlavə vaxtın qaçılmaz olduğunu düşünməyə başladı. Ancaq möhtəşəm Trafford bu turnirdə qol buraxmaq fikrində deyildi. Gənc qapıçı 8-ci uzatma dəqiqəsində Ruisin penaltisini dəf etdi və təkrar zərbəyə də imkan vermədi. “Qırmızı furiya”nın çempionluq sayında yeni rekord müəyyənləşdirmək arzusu gözündə qaldı. İtaliya kimi, bu komandanın da gənclər arasında Avropa çempionatında 5 qələbəsi var. İngiltərə isə bu turnirdə tam fərqli komanda təsiri bağışladı. 11-0 top fərqi ilə ardıcıl 6 qələbə “üç şir”ə tarixindəki 3-cü və son 39 ildəki ilk titulu qazandırdı.

İngiltərə üçə çatdı
İngiltərə yığması tarixdə 3-cü dəfə gənclər arasında Avropa çempionatının qalibi oldu, özü də ilk dəfə final turnirində qələbə qazanmaqla. Britaniyalılar əvvəlki iki titulu 1982-ci və 1984-cü illərdə qazanıblar ki, onda turnirlər qrup mərhələsi olmadan, pley-off formatında keçirilirdi. İngilislər 1982-ci ildə finalda AFR-i (evdə 3:1, səfərdə 2:3), iki il sonra isə İspaniyanı (səfərdə 1:0, evdə 2:0) məğlub edib. İngiltərə ümumi titul sayına görə Almaniya ilə 3-cü yeri bölüşür. Yuxarıda vurğuladığımız kimi, İspaniya və İtaliya hərəyə 5 dəfə çempion olub. Xatırladaq ki, SSRİ-nin gənclər yığması da 1980-ci və 1990-cı illərdə qitə çempionluğunu bayram edib.

1994-cü ildən bəri gənclər arasında Avropa çempionatının bütün qalibləri*
il təşkilatçı iştirakçı sayı qalib finalçı hesab
1994 Fransa 8 İtaliya Portuqaliya 1:0, ə.v.
1996 İspaniya 8 İtaliya İspaniya 1:1, p. – 4:2
1998 Rumıniya 8 İspaniya Yunanıstan 1:0
2000 Slovakiya 8 İtaliya Çexiya 2:1
2002 İsveçrə 8 Çexiya Fransa 0:0, p. – 3:1
2004 Almaniya 8 İtaliya Serbiya və Çernoqoriya 3:0
2006 Portuqaliya 8 Niderland Ukrayna 3:0
2007 Niderland 8 Niderland Serbiya 4:1
2009 İsveç 8 Almaniya İngiltərə 4:0
2011 Danimarka 8 İspaniya İsveçrə 2:0
2013 İsrail 8 İspaniya İtaliya 4:2
2015 Çexiya 8 İsveç Portuqaliya 0:0, p. - 4:3
2017 Polşa 12 Almaniya İspaniya 1:0
2019 İtaliya 12 İspaniya Almaniya 2:1
2021 Macarıstan, Sloveniya 16 Almaniya Portuqaliya 1:0
2023 Gürcüstan, Rumıniya 16 İngiltərə İspaniya 1:0
* final turniri 1994-cü ildən keçirilir.

Paylaş:
Digər xəbərlər

DÇ 2026

4-12-2022, 11:0

Uayt ölkəsinə niyə qayıdıb?

Dünya futbolu

9-07-2023, 20:0

İngiltərə dramatik şəkildə AÇ-nin qalibi oldu

Dünya futbolu

22-05-2022, 10:0

Qapıçını kim öldürüb?

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə