Dünənki “Zenit” – “Fənərbaxça” oyunu, gözlənildiyi kimi, Sankt-Peterburqda böyük maraq doğurub.
“Football-plus.az” xəbər verir ki, “Qazprom Arena”nın tribunalarına 35421 azarkeş toplaşıb.
Oyundan əvvəl stadion ətrafında türk mətbəxinin festivalı keçirilib. Qonaqlara əsasən qiyməti 400 rubl (7,5 manat – red.) olan dönər-kabab təklif olunub. Həmçinin müxtəlif futbol müsabiqələri də keçirilib, fotozona yaradılıb.