Əliyar Ağayev İngiltərə - Almaniya matçını idarə etdi

28.06.2023 23:51 210
Ölkə futbolu
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında İngiltərə - Almaniya matçını idarə edib.

”Football-plus.az” xəbər verir ki, C qrupunun 3-cü turunun görüşü britaniyalıların qələbəsi ilə nəticələnib - 2:0. Ağayevə yan xət hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək göstərib.