Krakov-2023 3-cü Avropa Oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan yığması bu gün daha bir medalını təmin edib.
Muay-tayda 67 kq çəkidə Xəyal Əliyev 1/4 finalda Giorgi Kleynlə qarşılaşıb. O, gürcüstanlı rəqibi üzərində qələbə qazanıb. Yarımfinala yüksələn idmançımız bununla da ən azı bürünc medalı təmin edib.