• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev: “İndiki anda rəqibi yox, daha çox özümüzü fikirləşməliyik” - MÜSAHİBƏ

Manşet / Müsahibə

23-06-2023, 14:0

Ötən mövsüm maliyyə sarıdan müəyyən çətinliklə üzləşən “Qəbələ”nin ölkə kubokunu başı üzərinə qaldırmasından sonra düşünmək olardı ki, bölgə təmsilçisində büdcə artımı olacaq. Elmar Baxşıyevin çalışdırdığı komanda heyəti bir qədər də gücləndirib Konfrans Liqasında ölkəmizi layiqincə təmsil edəcək. Ancaq hazırda fərqli mənzərəyə şahidlik edirik. Ötən “futbol ili”ndə “qırmızı-qaralar”ın uğurlu çıxışında pay sahibi olan, özünü yaxşı tərəfdən göstərən əksər futbolçular başqa klublara üz tutur.

Məqsəd İsayev, Səlahət Ağayev, Ramon Maçado və Felipe Santosun düşərgədən ayrıldığını xəbər vermişdik. Artıq komandanın “düşünən beyni” İsnik Alimi və müdafiənin dirəyi Ruan Renato da bölgə təmsilçisi ilə vidalaşıb. Hər iki futbolçunun “Zirə” ilə anlaşdığı deyilir. Klubun yetirməsi Rövlan Muradov da bölgə təmsilçisini tərk edənlər sırasındadı. O isə “Sumqayıt”la anlaşıb.

Təxminən bir aydan sonra “Qəbələ”ni Konfrans Liqasında çətin “Omoniya” sınağı gözləyir. Belə məsul oyun ərəfəsində lider futbolçuların düşərgəni tərk etməsi baş məşqçi Elmar Baxşıyevi qayğılandırmaya bilməz. Görəsən, o nə fikirləşir, ağır durumdan necə çıxmağı düşünür?

"Football-plus.az" olaraq bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Qəbələ”nin baş məşqçisi ilə söhbətləşdik.

- Elmar bəy, öncə rəqib, daha dəqiq desək, “Omoniya” ilə bağlı fikirlərinizi bölüşərdiz.
- Rəqibimiz bu gün bəlli oldu. Qarşıdakı günlərdə daha ətraflı məlumat toplamağa çalışacağıq. Bizim üçün ən önəmlisi öz komandamızın qısa vaxtda formalaşmasıdı. Bildiyiniz kimi, çox sayda oyunçu düşərgəni tərk edib. İndiki anda rəqibi yox, daha çox özümüzü fikirləşməliyik. Qısa vaxtda gedənlərin əvəzinə yeniləri dəvət etməli, boşluqları aradan qaldırmalıyıq. Ondan sonra rəqibi təhlil edəcəyik.

- Heyətdən söz düşmüşkən, mövsümlərarası fasilədə “Qəbələ”nin güclənəcəyini düşünürdük. Təəssüf ki, əksini görürük. Bir çox aparıcı futbolçu düşərgəni tərk edib. Nə baş verir?
- Bəli, çox təəssüf ki, heyətin əsas oyunçularını saxlaya bilmədik.

- Bəs boşluğu necə doldurmaq fikriniz var?
- Təəssüf ki, maraq dairəmizə düşən yerli futbolçuların hamısının klubları ilə müqaviləsi davam edir. Bu üzdən məcburuq ki, boşluqları legionerlər hesabına dolduraq. Bu yöndə axtarışlar davam edir. Amma hələ ki heç bir yenilik yoxdu.

- Yeni legionerlər dəvət etmək fikrində olduğunuzu bildirdiz. Belədə ortaya sual çıxır: “Qəbələ”nin büdcəsi yeni əcnəbilər dəvət etməyə imkan verirsə, onda niyə oturuşmuş heyəti dağıdırsız? Yeni gələnlər qısa vaxtda sizin futbol fəlsəfənizi mənimsəyə biləcək?
- Müəyyən bəlli büdcəmiz var. O büdcədən də kənara çıxa bilmirik. Bizdən ayrılan futbolçuların yaxşı mövsüm keçirdiyi heç kimə sirr deyil. Məhz bu üzdən digər klublar “Qəbələ”nin təklif etdiyindən iki dəfə artıq maaş təklif edir. Bu da bizə heyəti qoruyub saxlamağa imkan vermir.

- Açığı, gözlənirdi ki, ölkə kubokunu başı üzərinə qaldıran, avrokubokalara vəsiqə qazanan klubun büdcəsi artacaq. Ancaq siz maliyyə çətinliyini qabardırsız...
- Büdcənin artıb-azalması ilə bağlı sual mənə aid deyil. Bu üzdən cavab verə bilməyəcəm. Bəli, komandanın önəmli futbolçularını itirmişik. Onu zaman göstərəcək ki, onların boşluğunu aradan qaldıra biləcəyik, ya yox.

- Təxminən bir aydan sonra “Omoniya” ilə oyuna çıxacaqsız. Necə düşünürsüz, həmin vaxta qədər heyəti komplektləşdirə biləcəksiz?
- İnam olmasaydı, burda qalmazdım. İnam olmayan yerdə işləməyə də dəyməz. İnanıram ki, qarşıdakı günlərdə bizə lazım olan oyunçuları “rənglərimizə bağlaya” biləcəyik. Ancaq o fikrinizlə razıyam ki, gedən futbolçular “Qəbələ”nin heyətində 2-3 il çıxış edib. Oturuşmuş, müəyyən oyun dəst- xəttinə malik komandamız var idi. Bəlli bir sistemə malik idik. Heyət dəyişirsə, hər şeyə yenidən başlamalıyıq. Yenə də xeyirlisi.

- Ötən mövsümün gedişində komandanın avrokuboklara vəsiqə qazanacağını əminliklə söyləyirdiz. Artıq Konfrans Liqasında rəqibiniz də məlumdu. “Qəbələ”nin növbəti mərhələ şansı nə qədərdi?
- Yenə deyirəm, heyət komplektləşməlidi. Yalnız bundan sonra şanslar barədə danışa bilərik. Ötən il Macaristan təmsilçisi “Fehervar”la səfər oyununda əziyyət çəkdik. Heyət kasad olduğundan istədiyimiz oyunu ortaya qoya bilmədik, əvəzetmələrdə sıxıntı yaşadıq. Ümid edirəm ki, futbolçu sayı baxımından bu dəfə çətinliyimiz olmayacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

20-06-2023, 11:0

"Qəbələ" daha iki futbolçusu ilə vidalaşıb

Premyer-liqa

6-07-2022, 10:0

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

Premyer-liqa

25-05-2022, 09:0

Bu futbolçu Elmar Baxşıyevin ən çox güvəndiyi oyunçudu

Aktual / Ölkə futbolu

20-06-2023, 14:0

Rövlan Muradov “Sumqayıt”a keçir?

Premyer-liqa

7-04-2023, 16:0

"Qəbələ" və "Zirə"nin start heyətləri

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə