Tanınmış jurnalist Şakir Eminbəyli bununla bağlı paylaşım edib. Ağdamlıların çalışdırıcısı bir sıra məkanlarda olub. O, Cıdır düzü, İsa bulağı, Gövhər Ağa Məscidini ziyarət edib. 51 yaşlı mütəxəssis dünən də şəhər gəzintisinə davam edib. O, separatçı rejimi dəstəkləyən erməni futbolçu Henrik Mxitaryanın villasında olub. Ordan durbinlə Xankəndini də seyr edib.
Redaksiyamıza daxil olan məlumata görə, Qurbanov 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin oyunlarını izləmək üçün mədəniyyət paytaxtımıza yollanıb. Səfərlə bağlı fikirlərini öyrənmək üçün Şakir Eminbəyli ilə əlaqə saxladıq:
“Şuşaya Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin dəvəti ilə gəldik. Burda ən ali hissləri keçirdik. Şuşaya qonaq kimi gəlmişik. Qurban hoca ilə birgə gəzirik. Burda keçirəcəyimiz vaxt azdı. Hər anı dəyərləndirməyə çalışırıq. Əlbəttə, mənim üçün çox xoşdu. Qurban Qurbanovla birgə Şuşaya səfər etmək mükəmməldi. Çünki biz həm də çox yaxın dostuq. Gəlmişik, gəzirik, hər yerə baxırıq. Təəssürat möhtəşəmdi. Maraqlı yerlərdən olan şəkilləri şəxsi sosial şəbəkə hesablarımda paylaşıram”.
İLKİN SULTANLI

