Bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək 4 klubdan biri olan «Qəbələ» yeni əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.
Kluba yaxın mənbədən «Football-plus.az”a daxil olan məlumata görə, ABŞ-ın «Capelli Sport» şirkəti «qırmızı-qaralar”ın yeni tərəfdaşı olacaq.
Bu günə kimi İspaniya istehsalı olan «Joma» şirkətinin idman dəstlərindən yararlanan ölkə kubokunun son qalibi yeni mövsümdən ABŞ şirkətinin istehsal etdiyi geyimlərindən istifadə edəcək. Amerikalılar «Qəbələ”nin həm əsas, həm də akademiyasını özəl formalarla təchiz edəcək.
RƏŞAD