• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Divizion ölkə futboluna yeni ulduz bəxş etmədi - TƏHLİL

1-ci liqa / Manşet

31-05-2023, 15:0

Birinci divizonda 2022/23 mövsümü başa çatdı. 15 komandanın qatıldığı uzun marafonda kim nə ilə yadda qaldı, hansı klub ümidləri doğrultdu, hansı, sadəcə, iştirak xatirinə çempionatda çıxış etdi?

Geridə qalan 28 oyunda adından söz etdirən futbolçu və ya futbolçular oldumu? Bu yazıda qeyd etdiyimiz suallara cavab tapmağa çalışacağıq.

Favorit statusunu doğruldan və mükafatçılar

Bildiyiniz kimi, başa çatan “futbol ili”ndə 6 müstəqil klubla yanaşı, elita təmsilçislərinin 9 əvəzedici heyəti mükafatlar uğrunda mübarizə apardı. Premyer-liqa klublarından yalnız “Sabah” çempionatın startı ərəfəsində oyunçularını başqa elita klublarına icarəyə verdiyini əsas gətirib divizionda iştirakdan imtina etdi. Mövsümün əvvəlindən “Araz Naxçıvan”ın aşağı dəstədə iddialı olacağı, premyer-liqaya vəsiqə uğrunda mübarizə aparacağı məlum idi. Naxçıvan təmsilçisi istər büdcə, istərsə də heyət baxımından qalan 14 komandanı üstələyirdi. Sonda “qırmızı-ağlar” favorit statusunu doğruldaraq çempionluğu bayram etdi. Azər Bağırovun çalışdırdığı kollektiv 28 matçda mümkün 84 xaldan 69-nu topladı. Komanda iki dövrədə yalnız 3 dəfə məğlub oldu, 3 dəfə də heç-heçə etdi. “Qəbələ-2” hər iki qarşılaşmada, MOİK isə bir görüşdə naxçıvanlılarla “sülh bağladısa”, “Zaqatala”, “Neftçi-2” və hər nə qədər təəccüblü olsa da, çempionatboyu autsayderlər sırasında yer alan “Mingəçevir” çempion komandanı “ağ bayraq qaldırmağa” məcbur etdi. “Araz Naxçıvan” həm məhsuldarlıq baxımından, həm də müdafiə xəttində inamlı oyunu ilə qalan 14 komandadan fərqləndi. Muxtar Respublika təmsilçisi 28 qarşılaşmada rəqib qapılarından 69 top keçirib ki, bu da ortalama hər oyuna 2,46 qol deməkdi. Özləri isə cəmi 22 dəfə məyus olub.

“Neftçi-2” və “Turan-2” uyğun olaraq 2-ci və 3-cü yerləri tutdu. İlk turlardan bəlli idi ki, “Araz Naxçıvan”ın iddiasının fonunda bu iki komanda ən yaxşı halda “gümüş” və “bürünc” uğrunda mübarizə aparmaq iqtidarındadı. Nizami Ocaqverdiyevin baş məşqçi olduğu komanda ilk dövrədə sabit çıxış edərək uzun müddət ikinci pillədə möhkəmlənmişdi. Lakin qışdan sonra tovuzlu əvəzedicilərin “təkəri boşaldı və “ağ-qaralar” bundan maksimum yararlanaraq, bir pillə irəliləməyi bacardı ki, sona qədər ikincliyi heç kimə güzəşt etmədilər. Və sonda Rəşad Abdullayevin komandası 1 xal fərqiylə “Turan Tovuz-2”ni qabaqlamaqla gümüş medallara sahib çıxdı.

Ümidi doğrultmayanlar

2021/22 mövsümünün çempionu “Qaradağ Lökbatan”dan, 2015/16 “futbol ili”ndən divizionda çıxış edən “Zaqatala”dan və MOİK-dən çox şey gözlənilsə də, hər üç klub çempionatboyu qeyri-sabit çıxışla yadda qaldı. Lökbatan təmsilçisinin başı klubdaxili intiriqalara qarışdısa, ordu klubu qış fasiləsindən sonra, daha dəqiq desək, Qəzənfər Abbasov “sükan arxasına” keçəndən sonra yuxudan oyandı. Komanda uğurlu seriya yaxalasa da, ilk dövrədəki yersiz xal itkiləri MOİK-in ilk “üçlük”dən kənarda qalması ilə nəticələndi. “Zaqatala” da, demək olar ki, eyni taleyi yaşadı. Qışa qədər fərqli qrafik cızan bölgə klubu ikinci dövrədə özünə gəlsə də, artıq gec idi. Düzdü, Rüstəm Məmmədovun çalışdırdığı komanda son tura qədər “bürünc” iddiasını sürdürürdü. Lakin həmin anda komandanın taleyi öz əlində deyildi. “Ağ-yaşıllar” tovuzluların büdrəcəyi halda istəklərinə çata bilərdilər ki, yuxarıda qeyd etdiyimiz kimi, “boz qurd” “İmişli” ilə matçı qələbə ilə başa vurmağı bacardı. Özünü yaxşı tərəfdən göstərənlər sırasında “Səbail-2”ni qeyd etmək lazımdı. Bəlkə də çoxları mövsümün əvvəlində Asif Mirilinin komandasının sonda 4-cü olacağına inanmırdı. “Dənizçilər”in heyətinin əsasını aşağı yaş qruplarının yetirmələri təşkil etməsinə baxmayaraq, kollektiv inamlı təsir bağışladı. Daha təcrübəli rəqibləri ilə başabaş mübarizə aparmaqla yadda qaldı.

Autsayderlər

Turnir cədvəlinin son üç pilləsində qərarlaşan komandalardan ikisi – “Mingəçevir” və “İmişli” uzun fasilədən sonra 1-ci diviziona döndüyündən onların çempionatı “zirzəmi”də başa vurması hardasa gözlənilən idisə, “Sumqayıt-2”nin 13-cü olması bir o qədər gözlənilməzdi. “Kimyaçılar”ın “ikincilər”i mövsümboyu yetərincə zəif çıxış etməklə yadda qaldı. Onu da qeyd edək ki, 28 turda komandaya üç mütəxəssis rəhbərlik etdi. Çempionata Vüqar Quliyevlə start verən “Sumqayıt-2” fevralda Azər Mehdiyevə tapşırıldı. Ancaq o da komandanı “qara zolaq”dan çıxara bilməyincə, rəhbərlik Vaqif Cavadova etimad göstərdi. Məhz onun gəlişi ilə “kimyaçılar” sonuncu pilləni tərk etdi.
Adından söz etdirənlər və ya...

Açığı, geridə qalan “futbol ili”ndə birinci divizionda adından söz etdirən gənc futbolçu olmadı desək, yanılmarıq. Kimisə xüsusi təqdim etmək, mövsümün tapıntısı olduğunu vurğulamaq qeyri-mümkündü. Bəlkə də hansısa komandada seçilənlər oldu. Ancaq geniş mənada parlaq oyun sərgiləyən, hamının diqqətini cəlb edən gənclərə rast gəlinmədi. 27 qolla çempionatın bombardiri adını qazanan Orxan Əliyevi azarkeşlər hələ “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”dən tanıyır. 27 yaşlı orta sahə oyunçusunun xüsusi təqdimata ehtiyacı yoxdu. Bombardirlik yarışında yer alan digər futbolçular da vaxtilə elita klublarının şərəfini qoruyub. Bu səbəbdən təəssüflə də qeyd edək ki, aşağı dəstədə 2022/23 “futbol ili” ölkə futboluna yeni ulduz bəxş etmədən bitdi. 1-ci divizionda oyunların alınıb-satılmasıyla bağlı söhbətləri isə bir başqa dərd və ayrıca yazının mövzusudu.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-04-2023, 14:0

“Araz Naxçıvan” AFFA-nın şərtiylə razılaşdı

Ölkə futbolu / Manşet

20-08-2022, 21:0

PFL rəsmiləri Naxçıvan stadionunu da təftiş etdi

1-ci liqa / Manşet

3-07-2022, 13:0

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 238
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə