• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Namiq Məmmədkərimov “Araz-Naxçıvan”ı üstələməyin çətin olduğunu düşünür - MÜSAHİBƏ

Manşet / Müsahibə

15-05-2023, 12:0

Futzalda cari mövsüm nə qədər sönük keçsə də, çempionatın səviyyəsi aşağı düşsə də, arada yaddaqalan, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunlar olur.

"Football-plus.az" xəbər verir ki, pley-off mərhələsinin “Neftçi” İK – “Baku Fire” matçları kimi. Bu iki komandanın qarşılaşması yetərincə prinsipial və baxımlı alındı. “Araz-Naxçıvan”ın finaldakı rəqibinin adı “qızıl oyun”da məlum oldu. “Ağ-qaralar” 3 oyunluq seriyadan sonra çətinliklə olsa da, 2022/23 “futbol ili”nin həlledici görüşünə yüksələ bildi. Mayın 15-də keçiriləcək final qarşılaşması ərəfəsində “Neftçi” İK-in təcrübəli futzalçısı Namiq Məmmədkərimovla söhbətləşdik. Millinin sabiq üzvü həm geridə qalan seriyadan, həm qarşıdakı final görüşündən, həm də futzalın bugünkü durumundan danışdı.

- Öncə “Baku Fire” ilə oyunla bağlı fikirlərini bölüşərdin. Necə oldu ki, mövsümboyu məğlub olduğuz komandanı həlledici anda mübarizədən kənarlaşdıra bildiz?
- Onu düz vurğuladız ki, çempionatda “Baku Fire”a uduzmuşduq. Qarşımıza finala çıxmaq məqsədi qoyulmuşdu. İstəyimizə çatmaq üçün əlimizdən gələni etdik. Çempionatda 3 dəfə məğlub olduğumuz komandanı həlledici görüşdə yenmək o qədər də asan deyildi. Ancaq bunu bacardıq. Əvvəlki qarşılaşmalarda oyun baxımından üstün ola-ola uduzurduq. Heç cür bu tilsimi qıra bilmirdik. Kollektiv olaraq həvəsdən düşmədik. İclaslarda öz aramızda dəfələrlə bu barədə müzakirə edir, onları udmağın yollarını axtarırdıq. Pley-offun ilk qarşılaşmasında hesabda öndə olsaq da, yenə uduzduq. İkinci görüşdə toparlanaraq qalib gəldik və cütün taleyini üçüncü matça daşıdıq. Burda isə qalib olduq. Yenə deyirəm, biz “Baku Fire”dan güclü kollektivik. Sadəcə, onlara oyunlarda sanki bəxtimiz gətirmirdi. Ya top qapıya girmirdi, ya da dirəyə tuş gəlirdi. Bu azmış kimi, təsadüfi, çox asan qollar buraxırdıq. Rəqibin heyətində legionerlərin olması da sözünü deyirdi. Son matçda az qala eyni hal təkrarlanacaqdı. Hesabda 2 top fərqi ilə öndə olsaq da, ikinci hissənin gedişində artıq rəqib önə çıxmışdı. Çox şükür ki, toparlana bildik və istədiyimizə nail olduq. Çox möhtəşəm oyun oldu. Pley-offun ikinci qarşılaşmasından sonra Sadıq Sadıqov kollektivi təbrik etdi və “qızıl oyun”a gələcəyini söylədi. İlk yarıdan sonra bizi dəstəklədi, motivasiya verdi ki, bu da təsirsiz ötüşmədi.

- Finalda son illərin dəyişməz çempionu “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Naxçıvan klubunu taxtdan salaraq tarix yaza bilərsiz?
- “Araz-Naxçıvan” çox təcrübəlidi, son illərin dəyişməz çempionudu. Reallığı nəzərə alıb onlara qarşı oynamağın çox çətin olduğunu söyləməliyəm. Rəqibin baş məşqçisi Joze Alesionu beş barmağım kimi tanıyıram. Bilirəm ki, bizə qarşı komandanı necə hazırlayacaq. Ancaq pely-offdan fərqli final bir oyundan ibarətdi. Hər matçın isə öz hekayəsi var. Çalışacağıq mövsümün həlledici görüşündə finala layiq oyun nümayiş etdirək və “Neftçi”nin bir marka olduğunu sübut edək. Açığı, komandada zədəlilərin sayı çoxdu. Elə özüm də zədədən əziyyət çəkirəm, hazırda müalicə alıram. Vərəqə cəzası səbəbindən Rüfət Balakişiyevlə Nurlan Mehdizadə finalı buraxmaq məcburiyyətindədi. Bütün çətinliklərə baxmayaraq, qələbə üçün oynayacağıq.

- Təcrübəli futzalçı kimi fikrini bilmək istəyirik. Cari mövsümün səviyyəsindən razı qaldın?
- Çempionatda komanda sayı nə qədər çox olsa, maraqlı qarşılaşmaların da sayı çox olar. Elə klublar oldu ki, mövsümün sonuna kimi rəqabətə dözə bilmədi. Bəlkə də cari mövsüm azarkeş marağı baxımından o qədər də ürəkaçan olmadı. “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi klubların sayı çox olsa, azarkeşlər daha samballı və səviyyəli oyunlar izləyə bilər. Bu həm də yığmanın inkişafına təkan verər.

- Yəqin Futzal Federasiyasının prezidenti Zaur Axundovun son açıqlamalarıyla tanışsan.
- Bəli. Zaur müəllim çox gözəl təkliflər irəli sürüb. Fikrimcə, böyük futbolda olduğu kimi, futzala da AFFA tərəfindən maliyyə ayrılmalıdı. Səviyyəli çempionat, güclü yığma görmək istəyiriksə, bu addım atılmalıdı.

- Futzalda 200 min manata normal, rəqabətədavamlı komanda formalaşdırmaq mümkündü?
- Düzgün idarəçilik olarsa, normal komanda qurmaq olar. Demirəm, həmin komanda çempionluğa oynayacaq. Ancaq ən azı ortabab, liderlərə başağrı ola biləcək kollekiv formalaşdırmaq mümkündü. Ümid edirəm ki, növbəti mövsüm daha güclü çempionat görəcəyik.

- Zaur bəy onu da bildirib ki, komanda sayı artacağı təqdirdə bölgə təmsilçilərinə üstünlük veriləcək. Necə düşünürsən, bölgələrdə futzala maraq olacaq, normal komanda formalaşdıra biləcəklər?
- Bəlkə də ilk vaxtlar bir qədər çətin olacaq. Ancaq U-19-da yaxşı, istedadlı uşaqlar var. Onların xidmətindən yararlanmaq mümkündü. İlk növbədə maliyyə və şərait lazımdı ki, o da var. Gənclərin və təcrübəlilərin vəhdətindən döyüşkən komanda formalaşdırmaq mümkündü. Hər kollektivdə 5-6 gənc və bir o qədər də yaşlı, təcrübəli futzalçı olsa, kifayətdi. Böyük futbol deyil ki, 30 nəfərlik heyət yığasan. Futzalda 12 nəfər olsa, bəs edər. Sumqayıtda, Gəncədə yaxşı futzalçılar var.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma

29-03-2023, 13:0

“Araz-Naxçıvan” mübarizəni dayandırdı

İdman

18-03-2023, 13:0

¼ finalçılar müəyyənləşib - Azərbaycan kuboku

İdman

10-03-2023, 15:0

1/8 final: Oyun cədvəli - Azərbaycan Kuboku

Ölkə futbolu / Manşet

14-05-2023, 12:0

Sadıq Sadıqovun zəngi nəyi dəyişib?

İdman

22-04-2022, 22:0

Yüksək Liqada pley-off mərhələsinin püşkü atıldı

İdman

24-04-2022, 00:0

EKOL-un kapitanı çempionluq anonsunu verdi - AÇIQLAMA

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə