• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zaur Axundov pul davası edən futbolçuların yığmadan qovulmasını istəyir - MÜSAHİBƏ

Manşet / Müsahibə

4-05-2023, 11:0

Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov dünən 4 mətbu orqanın nümyəndəsi ilə görüşdü ki, onların arasında “Futbol+”in də əməkdaşı da var idi. Zaur bəy müsahibəsində futzalın problemlərindən danışmaqla yanaşı, yığma barədə də müzakirələrə səbəb olacaq fikirlər səsləndirdi.

“Yenidən futzalı inkişaf etdirməyə başlayacağıq”


- “Record club”un baş məşqçisi və bəzi futzalçıları İrana döndüyündən komanda çempionat oyunlarına çıxmır. Nə baş verir?
- Onların sənəd problemi var. Biz klubun işinə qarışmırıq. Federasiya “Record club”un çempionatda iştirakına şərait yaratmışdı. Dövlət Miqrasiya Xidməti ilə danışıq aparmaq, lazımi sənədləri almaq klubun daxili işidi. Görünür, hansısa sənədləri qaydasında olmayıb ki, geri dönməyiblər.

- Ötən açıqlamalarınızın birində növbəti mövsümdə yüksək liqada komanda sayını artırmağı planlaşdırdığınızı, say artımı olacağı təqdirdə bölgə təmsilçilərinə üstünlük verəcəyinizi bildirmişdiz. Yəqin ki, artıq bir “yol xəritəsi” hazırlamısız. Daha çox hansı bölgələrə üstünlük vermək istəyirsiz?
- Bununla bağlı İcraiyyə Komitəsinin iclasında məsələ qaldırmışam. Gənclər futzala gəlir. Bir qədər oynayıb formaya düşən kimi böyük futbola üz tuturlar. Bunun da kökündə maddiyyat durur. Məhz bu səbəbdən İntizam Komitəsinin iclasında böyük futbola dəstək verildiyi kimi, futzala da eyni yanaşmanın olmasını istədim. Bu addım atılmalıdı ki, 17, 18, 20 yaşlı gənc futzaldan qaçmasın. Biz onlara 200 manat veririk. Etiraf edək ki, bu məbləğ onların heç yolpulu etmir. Region Liqasında, əvəzedici komandada 400-500 manat verən kimi ora üz tuturlar. Yəqin ki, hər il olduğu kimi, bu dəfə də mayda İcraiyyə Komitəsinin iclası olacaq. Onda bu məsələyə baxılacaq. Dünən AFFA-nın baş katibi ilə danışdım. O rəhbərliklə bu barədə danışandan sonra bir qərara gələcəklərini söylədi. Yenidən futzalı inkişaf etdirməyə başlayacağıq.

- Maliyyədən söz düşmüşkən, böyük futbolda klublara sponsor cəlb etmək üçün Futbolun İnkişaf Fondu yaradılıb. Buna oxşar bir qurumu futzalda da yaratmaq mümkündü?
- Yaratmaq olar. Bilirsiz ki, bu gün çempionat AFFA-nın dəstəyi ilə keçirilir. Məncə, olar yox, lazımdı. 2008-ci ildən federasiyaya rəhbərlik edirəm. O vaxt oynayan futzalçılar yenə iş başındadı. Aralarında karyeralarını bitirənlər olsa da, bəziləri oynayır. Təbii ki, bu da yolverilməzdi. Hər futzalçının öz dövrü var. Sizi əmin edirəm ki, bir qədər dəstək olsa, gəncləri futzala cəlb edib qısa vaxtda, bir-iki ildə layiqli futzalçılar yetişdirəcəyik.

- Ötən dəfə məbləğ açıqlamışdız. Hər kluba 200 min manat ayırmağı təklif etmişdiz. Məbləğdə dəyişiklik yoxdu?
- Təklifim qüvvədədi. 5 kluba ayda 20 min manat ayrılsa, yaxşı olar. “Araz-Naxçıvan” bu siyahıya daxil deyil. Bu klub millinin bazası olduğundan birbaşa AFFA-dan maliyyələşir.

- Klubların sayı çoxalsa, necə?
- Say artımı olacağı halda maliyyəni də artırmaq lazım gələcək. Mən də istəyirəm klub sayı çox olsun. Demək olar, hər rayonda Olimpiya Kompleksi var. İnfrastrukturdan yararlanıb bölgələri də çempionata qatmaq mümkündü.
“İli ilə satdıqca nəinki orta sıralara, zirzəmiyə yuvarlanacağıq”

- Uzun illərdi premyer-liqa klublarının nəzdində futzal komandaları yaradılması ilə bağlı söz-söhbət dolaşır. Deyəsən, söhbət olaraq da qalır....
- Bəli, söhbət olaraq da qaldı. Təxminən 5 il öncə bu təkliflə çıxış etdim. Təəssüf ki, cavabsız qaldı. Qazaxıstanda bu təcrübədən yararlanırlar. Hər klubun futzal komandası var və bəhrəsini də görürlər. Ayda 20 min manat klublar üçün böyük itki olmazdı. Vaxtında təklifim qəbul olunsaydı, indi 6 komandadan başqa, daha 10 klub yüksək liqada iştirak edirdi. Rəqabət də yüksək səviyyədə olardı.

- Futzalda qəribə bir qayda tətbiq olunur. Divizionda oynayan futzalçılar həvəskarlar arasında oynaya bildiyi halda, yüksək liqada çıxış edənlərə belə imkan yaradılmır. Məhz bu səbəbdən divizionda çempionat daha maraqlıdı, nəinki yüksək liqada.
- Biz başqa ölkələrin təcrübəsindən yararlanırıq. Yüksək liqada çıxış edən futzalçının orda oynaması əlavə söz-söhbətə yol aça bilər. Minifutbola gedənlərə nəzər salın. Orda rəqabətdən çox mübahisə var. Divizionda matçlar maraqlı keçir. Fikrimcə, aşağı dəstənin komandaları yüksək liqaya gəlsə, daha yaxşı olar. Onu da qeyd edim ki, divizion klubları yüksək liqada çıxış edənlərdən heç də geri qalmır.

- Əvvəlki illərlə müqayisədə yüksək liqada rəqabət də yoxdu. Qeydə alınan nəticələr bunu deməyə əsas verir.
- Mən son bir neçə ayda bu məqama diqqət yetirmişəm. Hansı komandaya, demək olar ki, sən az və ya çox vur. Təbii ki, bu bizi də narahat edir. Komandalar var ki, heyətində legionerlər çıxış edir. Eləsi də var, ancaq yerlilərə güvənir. Bu da istər-istəməz təsir göstərir.

- U-19-un çempionata buraxılması nə dərəcədə effekt verdi?
- Nəticələrə baxmayaraq, effekti var. Mövsümboyu 10 ay oynayırlar. Bəli, son seçmə mərhələdə uğursuz çıxış etdilər. Gələn il artıq U-19-da oynaya bilməyəcəklər. Biz bu uşaqları itirəcəyik. Maliyyə olmasa, hansısa klub onlara maraq göstərməsə, üz tutacaqlar böyük futbola. Yenə itirən futzal olacaq. Fikirləşirik, mütəxəssislərlə müzakirə edirik ki, U-21 yaradaq. U-19-a futzalçı gəlməsi üçün U-17 lazımdı. U-21 də yaranmalıdı ki, əlimizdə olanları itirməyək. İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələni də müzakirə edəcəyik.

- Belə çıxır ki, millinin əvvəlki əzəmətini qaytarmaq üçün maliyyə lazımdı...
- Bəli. Tək mən belə düşünmürəm. Bütün dünyada bu proses yaşanır. Futzalçı 16-17 yaşdan güclü mütəxəssislərin nəzarəti altında çıxış edir. Biz çətinliyi kökdə çəkirik, sonradan yox.

- Bu yöndə Futbolun İnkişaf Fondu ilə görüş olub və ya planlaşdırılır? Bir-iki komandaya sponsor tapmaqda yardımçı ola bilərlər?
- Sərxan Hacıyevlə bu yöndə danışırıq. Bu ayın ortalarında, İcraiyyə Komitəsinin toplantısından öncə və ya sonra futzalın inkişafı ilə bağlı nəsə edəcəyik. Bu addım atılmalıdı. İli ilə satdıqca nəinki orta sıralara, zirzəmiyə yuvarlanacağıq.

- İnformasiya baxımından üst sıradasız. Futzalçılar nə vaxt sizin tempə uyğunlaşa biləcək?
- Futzalçıları başa düşürəm. Ötən dəfə müsahibəmdə də demişəm. Futzalın geriləməsində mənim də günahım var. Başım “Keşlə”yə (İndiki “Şamaxı”) qarışdığından futzala diqqəti azaltdım. Futzal relsdə idi. Ancaq sonradan müəyyən maliyyə çətinlikləri sözünü dedi. İdman maliyyə deməkdi. “Araz-Naxçıvan” iki dəfə “dördlər finalı”nda oynadı, milli dünya çempionatının final mərhələsinə vəsiqə qazandı, reytinqdə yüksək yerlərdəydik. İndi fikirləşirəm ki, ya bu sahə ilə vidalaşmalıyam - açığı, bunu istəmirəm - ya da yenidən əvvəlki mövqeyinə qayıtsın. 15 ildə mənim üçün prioritet yığma olub. Klub səviyyəsində də uğur olanda sevinmişəm. Ancaq yığmanın uğur qazanması daha vacibdi. Hamımız milli üçün çalışırıq, çalışmalıyıq da. Klub ikinci pillədədi. Bu böyük futbolda da belədi, futzalda da. Digər idman növlərində də əsas yığmanın qələbəsidi. Mənim üçün milli bir nömrədi.

“Fikrimcə, rəqabət üçün bu çox yaxşı addımdı”


- Bizdə olan məlumata görə, bu yaxınlarda böyük futbola qayıdırsız. Bu dəfə “Araz Naxçıvan”ın rəhbəri olacağınız deyirlir. Nə dərəcədə düzdü?
- Tam səmimi deyirəm, belə söhbət yoxdu. Klubun rəhbəri var. Naxçıvan Futbol Federasiyasının rəhbəri Vüqar Abbasovla yaxşı münasibətimiz var. Uşaqlığımız da Naxçıvanda bir məhlədə keçib. Klub yaxşı büdcə ayırdı ki, bunun da nəticəsi kimi Azər Bağırovun baş məşqçi olduğu kollektiv premyer-liqaya vəsiqə qazandı. Bəlkə də onlardan çox bir naxçıvanlı kimi mən də sevinirəm. Uşaqlığım da o komandada keçib. Komandanın oyununu stadiondan izləmək uşaqlıq arzumuz olub. Rəhmətlik atam bir neçə il “Araz Naxçıvan”ın rəisi olub. Bu barədə qulağıma səs-soraq çatıb. Ancaq gündəmdə deyil.

- İcraiyyə Komitəsinin üzvü kimi soruşuruq. Həmin “Araz Naxçıvan”ı yeni mövsümdə premyer-liqada görə biləcəyik?
- Bildiyim qədər hər şey hazırdı. Bu yaxınlarda Naxçıvanda olanda vəziyyətlə maraqlandım. Dedilər ki, yeni örtük artıq sifariş olunub, VAR sistemi də quraşdırılır. Məndə olan məlumata görə, artıq yeni oyunçuların axtarışına da çıxıblar. Ümid edirəm ki, “Araz Naxçıvan” yenidən elitada çıxış edəcək.

- Bu məsələ barədə çox danışılır. Premyer-liqada sonuncu olan komanda elitanı tərk edəcək?
- Qanunla belə olmalıdı. AFFA İcraiyyə Komitəsinin son iclasında sonuncu olacaq komandanın diviziona düşəcəyi ilə bağlı danışıldı. Fikrimcə, rəqabət üçün bu çox yaxşı addımdı.

- Düşən komandanın itib-batmaq təhlükəsi var…
- Nə deyim? Yaxşı oynasınlar, düşməsinlər (gülür).

“Guya yerli mütəxəssis gəlib dağı dağın üstünə qoyacaq?”


- İcraiyyə Komitəsinin son iclasında Canni de Byazinin qalmasına səs verdiz, yoxsa getməsinə? Ümumiyyətlə, səsvermə oldu?
- Səsvermə olmadı. Komitə üzvləri mövcud durumu müzakirə etdi. Mən də çıxış etdim. Açığı, bu gün üçün De Byazini yola salmağı məqsədəuyğun saymadım. Bu adamın bir neçə aydan sonra müqaviləsinin müddəti başa çatır. Belədə niyə onunla yarıyolda vidalaşaq? Ancaq bəziləri onun getməsinin tərəfdarı idi. Elə həmin gün yola salınmasını istəyirdilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Məncə, hər şeyi italiyalının üstünə atmaq da düzgün olmaz. Ançelottini, Qvardiolanı gətirək. Nə dəyişəcək? Bu məşqçinin əlində material olmayandan sonra heç nə etmək mümkün deyil. Guya yerli mütəxəssis gəlib dağı dağın üstünə qoyacaq? Kənardan baxan məşqçilər De Byazinin düzgün seçim etmədiyini, rotasiyaya əl atmadığını, mövqelər üzrə səhv etdiyini deyə bilər. Nəsimi kimi dərisini soyaq və deyək ki, futbolumuzun bütün bəlaları De Byazi ilə bağlıdı... O da hesabatında 4-5 fakt qoydu ortaya. Özü oynamır ki?! Taktikanı seçir. Meydanda oynayan futbolçulardı. Onlar da tapşırığı yerinə yetirmirsə, özünü peşəkar sayıb klubunda yüksək maaş alan oyunçu uşaq səhvinə yol verirsə, De Byazinin əvəzinə kimi dəvət etsək, heç nə edə bilməyəcək. Sonra mükafatla bağlı məsələ qalxdı. Hansı azərbaycanlı futbolçunun ixtiyarı var ki, millidə pul söhbəti etsin?! 15 ildi federasiya rəhbəriyəm. Bizdə də olub ki, belə söhbət edib. Buna görə ən vacib futzalçını komandadan çıxarmışam. Onsuz da AFFA hamını diqqətdə saxlayır. Oyundan öncə hansısa futbolçunun məşqçiyə yaxınlaşıb “mükafat azdı, mən bunu qəbul etmirəm” söyləməsi nə deməkdi?

- Onu deyən kimdi?
- Min dənə söz-söhbət var. Belə hallar da olub. Sənin nə ixtiyarın var? 10 minlik oyunçusan. Amma klubunda 30 min alırsan. Azərbaycanın puludu, alırsan. Bunun qarşılığında nə edirsən?

- Həmin oyunçuları milliyə çağırmamaq olmaz? Niyə gizlədilməlidi?
- Mən də bu fikirlə razıyam. Mən olsam, adlarını açıqlayaram. İcraiyyə Komitəsinin üzvü olsam da, millinin işinə qarışmıram. Amma mənlik olsa, sərt qərar qəbul edib, həmin futbolçuları yığmadan uzaqlaşdıraram. Klubda prezidentinlə, məşqçinlə, idman direktorunla pula görə istəyirsiz bir-birinizi güllələyin. Bu klubun daxili işidi. Millidə sən klubdan çox can qoymalısan. Elə futbolçular var idi ki, İsveç və Avstriya ilə matçlarda 50 faiz güclə oynadı. Mən bunu qəbul etmirəm. Klubda özünü yaxşı tərəfdən göstərən oyunçu millidə mübarizədən qaçır ki, zədələnərəm və klub maaşımı kəsər. Belələrini cəzalandırmaq lazımdı. O da klub rəhbərliyinin işidi. Rəhbərlik milliyə kömək etməlidi. 5 il “Keşlə”də olduğum vaxtda Azər Salahlı, Rəhman Hacıyev, Vüsal İsgəndərli və Şəhriyar Əliyevi yığmaya dəvət etdilər. Millinin təlim-məşq toplanışlarından öncə hər birini otağıma dəvət edib danışırdım. Hamısına deyirdim ki, klubumuzu təmsil edirsiz. Barənizdə artıq-əskik heç nə eşitməyim. Özlərindən də soruşa bilərsiz. Biz bu ruhda böyümüşük. Yığma uğrunda can qoymalarını tapşırırdım. Zədələnəcəksiz, sizi müalicə etdirəcəm. Mükafat barədə nəsə danışdığınızı eşitsəm, xasiyyətimi bilirsiz, əlimdən qutara bilməyəcəksiz.

- Yığmanın hər məğlubiyyətindən sonra AFFA prezidentindən tutmuş, İcraiyyə Komitəsinin üzvlərinə qədər hamı tənqid olunur. Amma nədənsə klubları yada salan yoxdu. Halbuki futbolçunu klub yetişdirməlidi...
- İcraiyyə Komitəsinin son iclasında bunu dedim. Niyə De Byazinin üstünə düşdüklərini soruşdum. Bir az da klublardan danışın. Vaqif Sadıqova, o birilərinə dedim. Bunun harda səhvə yol verdiyini başa düşdük. Bəs klublar? Klub rəhbəri futbolçusu ilə danışsın. Yığmanın nə olduğunu ona başa salsın. Yeri gələndə cəzalandırmalıdı. Meydana çıxan 11 nəfərdi. De Byazi, mən, siz kənarda qalırıq. Həmin 11 nəfər uğursuzluğa görə cavab verməlidi. Ad çəkmək istəmirəm, millinin heyətində meydana çıxan futbolçuların 80 faizi meydanda can qoymur. İstək başqa şeydi. İstək olanda tankı da vurub keçmək mümkündü. Mən də məğlub olanda çox yanıram. Mənim üçün fərqi yoxdu, De Byazi qalsın və ya başqası gəlsin. Klub rəhbərləri ilə ciddi söhbət etmək lazımdı. Hamımız Azərbaycan üçün çalışırıq. Uduzmaq kimin xoşuna gəlir? Mən də, siz də iki oyuna qapımızda 9 qol görməyimizə dilxoruq. Ancaq elə futbolçular var ki, uduzandan 15 dəqiqə sonra qulaqcığı taxıb, şortiklə hollda oturub musiqiyə qulaq asır. Özünü elə aparır, sanki yığma 5:0 hesabıyla qalib gəlib. Bizim himn çalınıb, sən isə böyük hesabla uduzmusan. Heç olmasa, ayıbına kor ol, get otağına gir və gözə görünmə. Sən kimə nəyi sübut etmək istəyirsən? Mən tankın altına girməyə hazır olan uşaqlarla uduzmağa razıyam, nəinki o qədər pul alıb bura gəlib dovşan kimi qorxaq oynayanlarla. Yəqin ki, mənimlə razısız.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

İdman / Ölkə futbolu

5-10-2022, 20:0

Federasiya prezidenti milli komanda ilə görüşdü

Aktual

3-05-2023, 12:0

“Record club”un iranlı rəhbəri Bakını tərk edib

Aktual / Müsahibə

13-04-2023, 14:0

Zaur Axundov etiraf etdi: “Bu da bizim səhvimizdi” - MÜSAHİBƏ

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 174
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə