Jül Kunde ziyana düşüb. “Barselona”nın müdafiəçisinin evi qarət olunub.
“Football-plus.az” xəbər verir ki, “Mundo Deportivo”nun yaydığı xəbərdə hadisənin kataloniyalıların La Liqanın 32-ci turunda “Betis”ə qarşı keçirdiyi oyun (4:0) zamanı baş verdiyi bildirilib. Oğruların evə vurduğu zərərin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kunde “Betis”lə oyunda start heyətində meydana çıxıb və sona qədər oynayıb.