Salahın evi qarət edildi

15.03.2023 19:53 226
Dünya futbolu
Məhəmməd Salah ziyana düşüb. Onun evi qarət olunub.

"Football-plus.az" xəbər verir ki, “Daily Star” qəzetinin yaydığı məlumata görə, “Liverpul”un misirli hücumçusunun paytaxt Qahirədəki villasına oğrular girib. Evə ziyan vuran cinayətkarlar bir neçə elektrik cihazını oğurlayıblar. Malikanənin bağında qaz balonu tapılıb. Görünür, bədniyyətlilər onu özləri ilə apara bilməyiblər.