• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Belə futbol, nə bilim vallah”

Premyer-liqa / Manşet

1-05-2023, 23:0

Misli premyer-liqasında 32-ci turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, “Zirə” “Turan Tovuz”u qəbul edib - 1:3. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Oyunu şərh etmək çox çətindi. Biz qələbəyə köklənmişdik. İstəyirdik ki, qələbə qazanaq. İlk dəqiqələrdən oyun bizim üçün tərs başladı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Çoxsaylı hücumlar etdik, ilk yarını böyük üstünlüklə oynadıq. Təəssüflər olsun ki, bunu nəticəyə yansıda bilmədik. Birinci hissədə oyun gərginləşdi. Fasilədə də futbolçular çox gərgin idi. Maksimum çalışırdıq ki, onları sakitləşdirək və ikinci hissəyə kökləyək. Fasilədən sonra da eyni oldu. Sayılmayan qollar, sonradan hesab 0:3-ə qədər yüksəldi. Nəticə başqa cür də ola bilərdi. Rəqib bu gün dörd standart vəziyyətdən qol vurdu. Biri də sayılmadı. Rəqib nə vurdusa, qol oldu. Bilmirəm, komandanın qədəridir, yoxsa mənim. Amma bu il belədi. Çox çalışırıq, cəhd edirik. Bu il çox şanssızlıqlar yaşayırıq. Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik”.

- Bu gün "Turan Tovuz" həqiqətən çox yaxşı oynadı?
- Mən vurduğumuz qolun sayılmamağını başa düşmədim. Xəttə baxdım, diaqonal qoymuşdular. Açıqlaması olsa, çox yaxşı idi. Epizod bizim qapımızda olsaydı, qol qeydə alınacaqdı. Birinci və ikinci penalti epizodunda da hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə pauza getdi. Penaltini vuracaq oyunçu 8 dəqiqə gözləyir. Nə bilim. "Neftçi" ilə kubok matçında da Hamidu Keyta 8 dəqiqə top əlində sağa-sola gəzdi, sonra qol olmadı. VAR üçün 6-8 dəqiqə? Qolu da niyə saymadılar, başa düşmədim. Təkrara dərhal baxdım, mənə qol kimi gəldi. Xətti qoymamışdılar. Sonradan xətti qoymuşdular, nəysə....

- Son üç oyunda standart vəziyyətdən qol buraxmağınız nə ilə əlaqədardı?
- Çox maraqlı faktı qeyd etdiz. Oyun gedə-gedə də onu fikirləşirdim. Bəzən meydana daha hücumameyilli oyunçularla çıxırsan və standart vəziyyətlərdə onlar daha zəif olur. Bu gün də həmin amil rol oynadı. Standart vəziyyətdə 1-2 nəfərdən başqa, yaxşı mübarizə apara biləcək oyunçularımız yox idi. Bu qədər də yox. Dörd standart vəziyyətin dördü də qolla nəticələnməsi, bir oyun üçün çoxdu.

- Hamidu Keytanın penaltini qaçırması oyunun qırılma anı idi?
- Daha çox qolun sayılmaması qırılma nöqtəsi oldu. Qeydə alınmayan ikinci qolu da nəzərə almaq lazımdı. Elə çıxır ki, VAR nəsə deməsəydi, Rauf Cabbarov qolu qeydə alacaqdı. Gözlə deyir, futbolçularımız da dayanır. "Turan Tovuz" oyunçuları da başlayır və qol vurur. Üç-beş dəqiqə onunla, bununla mübahisə etdik. Belə futbol, nə bilim vallah. Belə şeylər oyunu çox sındırır. Uduzmuşuq deyə, bunun üzərində dayanmaq istəmirəm. Məğlubiyyəti qəbullanıram və rəqibi təbrik edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz daha aktiv oynamalıydıq. Birinci və ikinci hissənin əvvəlində buraxdığımız qollar psixoloji cəhətdən mənfi təsir göstərdi.

- Mohammad Hamdauinin vəziyyəti necədi?
- Zədəlidi. Məşqləri bərpa etmişdi, komanda ilə məşqdə zədəsini yenilədi. Yəqin ki, mövsümü bağlayıb. Hazır olmasa, risk etməyəcəyik.

- "Azərsun Arena"da "Qarabağ"la 2:2, evdə "Turan Tovuz"a 1:3 uduzduz. Problem zədəli, cəzalı oyunçulardadı?
- Xeyr. İkinci hissənin əvvəlində oyun planında ciddi problemlər yaşadıq. İlk yarını əla keçirdik, çox sürətli, aktiv, dominant oynayırdıq. İkinci yarıya passiv başladıq. Bu da neçənci dəfədir ki, baş verir. "Şamaxı" ilə matçda da belə olmuşdu. Bizə qarşı həssas qərarlar çox olur, daha dominant oynamalıyıq. Rəqibi qapımıza buraxmamalıyıq. İkinci yarı daha yaxşı oynamalıydıq.

- Bu mövsüm yaşadıqlarınız sizi nəyə məcbur edir?
- Deməyə məcbur edir ki, mən bu sözü istifadə etməyi xoşlamıram, amma çox şanssızlıq yaşayırıq. Demirəm ki, biz kimdənsə, daha yaxşıyıq. "Qəbələ" ilə rəqabət aparırıq. Elmar Baxşıyevin gördüyü işləri yüksək qiymətləndirirəm. O qədər qırılma nöqtəsi oldu ki, heç biri bizim xeyrimizə deyildi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Arzulamadığımız məqamlar oldu”

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

5-03-2023, 22:0

“Bu oyunlar bizim üçün vacibdi”

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Belə oyunda məğlub olmağa məhkumsan"

Premyer-liqa / Manşet

16-03-2023, 20:0

Ayxan Abbasov: "İkinci hissədə istədiyimiz futbolu oynadıq"

Premyer-liqa / Manşet

21-04-2023, 19:0

"Gəncədə daha aqressiv olurduq"

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Bu gün, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Bu gün, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Bu gün, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Bu gün, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
Daha çox
Oxunub: 262
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 257
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 244
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə