• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

66 yaşlı kişinin danışdığı yalan - KÖŞƏ

Yığma / Yazarlar

1-05-2023, 19:0

AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan futboluna bir qara qəpiklik xeyri olmasa da, illərdi səfa çəkən Kazbek Tuayev yenə də dilə gəlib.

Ağsaqqal bu dəfə deyib ki, bizim futbolumuzu tənqid edənlər, onun inkişafını görməyənlər “Neftçi” – “Turan Tovuz” qarşılaşmasına baxsın. Guya ki, bu oyunun dramatik keçməsi, “Neftçi”nin bölgə təmsilçisinin qapısına 90-cı dəqiqədən sonra yol tapmağı bacarması inkişaf göstəricisi imiş. Halal olsun, Kazbek kişi. Biz qara fikirlilər sizin kimi pozitiv olub, Azərbaycan futbolunun necə inkişaf etdiyini, güllü-gülüstan içində olduğunu görə bilmirik. Allah gözümüzü açsın, sizə də ömür versin. Yenə bizim pulumuzu yeyib, Rusiyanı tərifləyin, onların futbolu haqda da mədhiyələr qoşun.

Amma hər bi işdə bir “əmma” olduğu kimi, burda da var. Cənab Tuayevin dediyi inkişafı, AFFA-nın uğurlu daxili və xarici siyasəti sayəsində yetişən futbolçuları görməyən təkcə biz deyilmişik. Elə Tuayevin də ikiəlli dəstəklədiyi millimizin italiyalı baş məşqçisi Canni de Byazi də həmin inkişafı görmür. Özü də bunu gizlətmir, AFFA-nı, o cümlədən də elə Kazbek Əliyeviçin özünü də fakt qarşısında qoyur. Bunu özümdən uydurmuram. İtaliyalı mütəxəssis “Səbail” – “Qəbələ” görüşünün gedişində gözlərini yumub, ağzını açıb. Ürəyini “azərisport”a boşaldıb. Yaxşı ki, ürəyində çox söz saxlamayıb. Yoxsa ahıl yaşında o kövrək ürəyinə ağır yük düşərdi, ürəyi də bu gərginliyə dözməz, onu yarıyolda qoyardı. Belə olan halda Azərbaycan millisi də başsız qalardı. Şükürlər olsun tanrıya, De Byazi ürəyini boşaltmağa tribuna tapıb.

Onun müsahibəsindən bir neçə məqama diqqət yetirək. Sitat: “Gəlin klublardan legionerləri çıxaraq, görək hansı avrokuboklarda uğur qazana biləcək? Biz Avstriya və İsveç futbolu ilə müqayisə oluna bilmərik. Onların futbolçuları böyük klublarda oynayır, Azərbaycan millisinin isə cəmi 3 legioneri var”. De Byazinin müsahibəsi başdan-ayağa belə fikirlər və iddialarla zəngindi, hamısını bir-bir bura yazmaq istəmirəm. Ümumi icmalı belədi. İtalyan mütəxəssisin bütün bu fikirləri AFFA-nı yalançı, Kazbek Tuayev və onun kimi digər malakeşlərin paxırını üzə çıxarır. Burası öz yerində. Qoy bir-birini qırsınlar, paxırlarını açsınlar. Millimizin baş məşqçisi faktiki deyir ki, Azərbaycanda futbolçu yoxdu, yetişməyib, AFFA bu illər ərzində milyonları göyə sovurub. Maraqlıdı ki, ilk vaxtlar Azərbaycanda böyük uğurlara imza atacağını deyən, Albaniyadakı işlərini xatırladan mütəxəssis indi bizim futbol məktəblərinin bərbad olduğunu, bu istiqamətdə çox danışılsa da, konkret AFFA-nın hansısa addım atmadığını deyir. Bütün bu ittihamlar ondan xəbər verir ki, De Byazinin AFFA İcraiyyə Komitəsinin son iclasında üzvləri şantaj etməsi, vəzifəsindən qovulacağı halda təzminatını son qəpiyinə qədər alacağını deməsi barədə yazılanlar həqiqətdi. Kim bilir, AFFA onun xətrinə dəysə, De Byazi daha nələr deyəcək...
Bütün bunlar öz yerində. Amma futboldan az-çox baş çıxaran, ədalət hissini itirməyən istənilən şəxs cəsarətlə deyə bilər ki, De Byazi də yalan danışır. “Qarabağ”ın avrokuboklarda keçirdiyi oyunlara diqqət etmək yetərlidi. Qurban Qurbanov start heyətində azı 5-6 yerli, yaxud “milliləşdirilən” futbolçuya güvənir. Hansı ki, həmin futbolçular sonra da millinin düşərgəsində elə De Byazinin sərəncamında olur. Sən Avropanın yaşıl meydanlarında tarix yazan Maksim Medvedevi, Qara Qarayevi bəyənmirsənsə, ona biz nə edək, ay De Byazi? Afinada yunanları susduran Ramil Şeydayevi millidə lazımınca oynada bilmirsənsə, kimin günahıdı? Milli çempionatın ən məhsuldar hücumçusu Musa Qurbanlıya yetərincə şans tanımırsansa, Azərbaycan futboluna hansı xidmətdən danışırsan? Millətlər Liqasında bizim də yer aldığımız qrupdan çıxan Qazaxıstan Avropa çempionatının seçmə oyunlarına əla başlayıb. Xəzərin o tayındakı qardaşlarımız yüksək əzmkarlıq göstərib, Danimarka ilə oyunu 0:2-dən 3:2-ə çevirməyi bacarıb. Bəlkə biz bilmirik, Maqomed Adıyevin əlinin altındakı futbolçular Avropanın top-klublarında oynayır?!

De Byazinin uydurmaların arxasına sığındığı, yalanlarla AFFA-nı şantaj etdiyi göz qabağındadı. Atalar demişkən, daş qayaya rast gəlib. Görək kim daha çox yalan danışmağı bacaracaq, maraqla izləyirik.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

28-04-2022, 22:0

Kazbek Tuayevin universallığı - KÖŞƏ

Yazarlar

8-05-2022, 18:0

İsgəndər Cavadovun 5 min manatı - KÖŞƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə