Finalda təkrarlanan 5-ci cüt

28.04.2023 10:52 274
Ölkə kuboku
Ölkə kubokunun finalçıları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək oyunda “Neftçi” və “Qəbələ” qarşılaşacaq.

Bu, komandalar arasında ikinci final olacaq. 2013/14 mövsümündə də rəqiblər həlledici qarşılaşmada üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki matçın penaltilər seriyasında bakılılar üstün olub – 3:2.

Bu, ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaq. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.

Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2) mövsümlərində üstələyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul