MLS-də ayın ən yaxşı oyunçusu seçildi

24.04.2023 15:36 266
Dünya futbolu
ABŞ çempionatının yüksək liqasında martın ən yaxşı oyunçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Tyaqo Almada qalib gəlib.

“Atlanta Yunayted”in yarımmüdafiəçisi MLS-in yeni mövsümünün ilk 4 matçında 4 qol vurmuş və 4 məhsuldar ötürmə etmişdi.

Argentina yığması ilə DÇ-2022-nin qalibi olan Tyaqo “Ayın oyunçusu” mükafatını 21 yaş 338 günlüyündə qazanıb. O, bu baxımdan rekordçu olan Deril Daykdan geri qalır. “Orlando Siti”nin sabiq oyunçusu mükafata 2020-ci ilin avqustunda 20 yaş 98 günlüyündə layiq bilinmişdi.