Mediada yayılan xəbərlərə görə, qarşılaşmadan sonra paytaxt klubunun rəsmiləri hakimlərdən narazılıq edib. Hətta hakimlər otağına girməyə cəhd də olunub. Asayiş keçikçiləri olayların böyüməsinin qarşısını alıb. Oyunun baş hakimi Rəşad Əhmədov isə başverənləri protokola qeyd edib. AFFA İntizam Komitəsinin onun raportuna əsasən qonaqlara cəza verəcəyi gözlənilir.
İnformasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə “Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“Yayılan məlumat həqiqəti əks etdirmir. Bəzi narazılıqlar oldu. Penalti məsələsinə görə hakimə iradımızı bildirdik. Lakin bu qısa və mədəni dialoq çərçivəsində baş tutdu. Matçdan sonra da hansısa xoşagəlməz hal yaşanmayıb. Cəzalandırılacaq davranış sərgilədiyimizi düşünmürəm”.
KƏNAN BAHADIR

