"Neftçi"ni məyus edən futbolçu "Qarabağ"ın hədəfindədi

11.04.2023 14:33 4 427
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının sonuna 8 tur qalsa da, "Qarabağ" indidən növbəti mövsümün hazırlığına başlayıb.

"Football-plus.az" xəbər verir ki Ağdam təmsilçisi bir neçə futbolçu ilə maraqlanır. Onlarda biri Tyaronn Şeridi.

Hayfa "Makkabi"sində top qovan vingerlə menecer vasitəsi ilə əlaqə qurulub. 34 yaşlı futbolçu "ağ-yaşıllar"ın heyətində 39 matçda meydanda olub. Surinam millisinin üzvü bu görüşlərdə 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

Vingerin İsrail klubu ilə 2025-ci ilin iyununa kimi müqaviləsi var. "Köhlən atlar" yaşını nəzərə alaraq “Makkabi”yə az pul ödəməklə onunla "1+1" illik müqavilə bağlamaq niyyətindədi. Yekun qərarı mövsümün sonunda Qurban Qurbanov verəcək.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının 2021/22 mövsümünün pley-offunda "Makkabi" ilə qarşılaşmışdı. Şeri Bakıda 3:3 hesabı ilə başa çatan görüşdə dubl etmişdi. Cavab matçında isə hayfalılar 4:0 hesabıyla qalib gəlmişdi.

İLKİN SULTANLI