• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bakıda böyük şahmat bayramı keçiriləcək – LAYİHƏ

İdman / Layihə / Manşet

9-04-2023, 23:0

Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ötən il sentyabrın 29-da imzaladığı Sərəncamla bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur. Heydər Əliyev ölkəmizin təkcə siyasi həyatında böyük rol oynamayıb, həm də idmanımızın inkişafında müstəsna xidmətlər göstərib, idmanımıza və idmançılarımıza həmişə xüsusi qayğı ilə yanaşıb. Dahi rəhbərin xüsusi qayğı ilə yanaşdığı idman növlərindən biri də şahmat olub.

Heydər Əliyev Azərbaycan şahmatının ən böyük dəstəkçilərindən biri olub. Hələ sovetlər dövründə Bakıda və regionlarda şahmat məktəblərinin tikilməsi ulu öndərin təşəbbüsü ilə reallaşıb. Müstəqilliyimizi bərpa etdikdən sonra Heydər Əliyev şahmata dəstəyini davam etdirib, şahmatçılarla görüşlər keçirib. 1998-ci ildə Azərbaycanın ən güclü şahmatçıları sayılan Rauf Məmmədov, Qədir Hüseynov, Teymur Rəcəbov və mərhum Vüqar Həşimovu qəbul edib. Həmin qəbulda taleyüklü qərarlar qəbul olunub, Teymur Rəcəbovla Vüqar Həşimovun dövlətin dəstəyi ilə xüsusi hazırlıq keçməsi, yarışlara qatılması üçün göstərişlər verilib. Ondan sonra məhz bu şahmatçılar böyük uğurlar qazandılar. Maraqlı məqam odu ki, bu dörd şahmatçı sonradan dünyamiqyaslı şahmatçıya çevrildi, Azərbaycan şahmatının aparıcı simaları oldular. Şahmat məktəbləri müstəqillik dövründə xeyli artırıldı, onların şəraiti yaxşılaşdırıldı. Bu da məhz ulu öndərin təşəbbüsü ilə baş tutub. Ulu öndərin şahmatımıza göstərdiyi qayğı ölkə başçısı İlham Əliyev tərəfindən də davam etdirilib. Məhz onun Sərəncamı ilə Azərbaycanda şahmatın inkişafı üçün 2009-14-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq olunub. Bu proqram dünya ölkələri üzrə qəbul edilən ilk dövlət proqramıdı. Bundan sonra bir neçə ölkədə belə proqram qəbul edilib. FİDE də həmişə Azərbaycanın qəbul etdiyi proqramı başqalarına nümunə göstərib. Məhz bu proqram çərçivəsidə ölkənin bir çox orta məktəblərində şahmat ayrıca fənn kimi tədris olunmağa başlayıb.
Bütün bunları bir daha nəzərdən keçirəndə görürük ki, Azərbaycan Şahmat Federasiyasının da “Heydər Əliyev İli”nin qeyd edilməsinə xüsusi tədbirlər planı ilə hazırlıq görməsi heç də təsadüfi deyil.

Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata görə, federasiya “Heydər Əliyev İli”nə töhfə vermək üçün silsilə tədbirlər planlaşdırıb və bu tədbirlər il ərzində davam edəcək. Həm ölkə miqyasında, həm də beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. 2023-cü il ərzində Bakıda və paytaxtdan kənarda 100 löhvədə simvolik şahmat seansları keçiriləcək. Bunlardan birincisi artıq martın 17-də Qubada keçirilib. Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Misrəddin İsgəndərov və Aydın Süleymanlı ilk şahmat seansının iştirakçısı olublar. Bu seansların davamının bir neçə regionda da keçirilməsi gözlənilir. Təbii ki, ən böyük tədbir ulu öndərin doğum günü, yəni mayın 10-da Dənizkənarı Bulvarda keçiriləcək. Həmin tədbirdə də 100 löhvədə şahmat seansının keçirilməsi nəzərdə tutulub. Burda Azərbaycan şahmatının ən üzdə olan simaları, yəni kişi və qadınlardan ibarət yığmaların üzvləri iştirak edəcəklər. Eyni zamanda xatirə turnirlərinin keçirilməsinə də hazırlıq görülür. Bir məqamı qeyd edək ki, məhz “Heydər Əliyev İli”nə töhfə kimi son illərin ən böyük mükafat fondu nəzərdə tutulan “Baku Open-2023” keçiriləcək. Bu turnir mayın 3-dən 13-nə kimi A, B, C qruplarında yarışacaq şahmatçılar arasında təşkil olunacaq. Mükafat fondu 55 min ABŞ dolları olan yarışda da gərgin mübarizə gözlənilir. Çünki bu tip yarışlarda 55 min dollar mükafat fondu ən yaxşılardan sayılır. Yüksək reytinqli şahmatçıların çoxu bu yarışa qatılmaq arzusunu bildirib.

Eyni zamanda müxtəlif şahmat məktəblərində gənc və yeniyetmə şahmatçılarla təcrübəlilərin görüşü planlaşdırılıb. Şahmat Federasiyasının təşəbbüsü ilə həmin görüşlərdə yerli şahmat məktəblərinə müxtəlif ləvazimatlar hədiyyə olunur ki, bu da “Heydər Əliyev İli”ndə keçiriləcək tədbirlər planına daxildi. Artıq Qubada bu hədiyyələr təqdim olunub. Bura şahmat oyununa aid 200-dən artıq ləvavimat daxil edilib.
Bu istiqamətdə planlaşdırılan və görülən işlər ilə bağlı Azərbaycan Şahmat Federasiyasından bizə bunları bildirdilər:

“Bizim keçirdiyimiz şahmat seanslarar böyük bir təşəbbüsdü. Bu seansların Heydər Əliyevin xatirəsinə həsr edilməsi o deməkdi ki, ulu öndər Azərbaycan şahmatına daim diqqət və qayğı göstərib. İndi həmin seanslar uşaq və yeniyetmələrdə şahmata olan marağı artırmağa hesablanıb. Bu uşaqlar Azərbaycanın ən tanınmış şahmatçılarına qarşı oynamaqla özlərinin böyük arzularından birini həyata keçirmiş olurlar. İlk addımımızı Qubada atmışıq. Tədbirlərimiz davam edəcək”.


İLKİN SULTANLI

Bakıda böyük şahmat bayramı keçiriləcək


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

12-03-2023, 23:0

Yelena Parxomenko: “Bu zaman Heydər Əliyev özünün də bir vaxtlar voleybolla məşğul olduğunu dedi” - LAYİHƏ

İdman

1-02-2023, 12:0

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib

İdman

28-03-2023, 23:0

Bakıda beynəlxalq turnirin açılış mərasimi keçirilib

İdman / Layihə / Manşet

26-03-2023, 23:0

“Heydər Əliyev hələ o vaxt deyirdi ki, dövlətimiz güclənəcək və idmançılara qayğımız daha da artacaq” - LAYİHƏ

İdman

9-05-2022, 16:0

Həndbol üzrə rayon turnirinə start verildi

İdman

4-05-2022, 13:0

Türkiyə millisi Azərbaycanda

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə