"Azərbaycan haqqında kifayət qədər məlumatım var idi"

8.04.2023 16:29 260
Ölkə futbolu
"Bu forma ilə meydana çıxmaq üçün səbrsizlənirəm".

"Football-plus.az" xəbər verir ki, bunu "Turan Tovuz"un yeni transferi Divayn Naa klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qanalı yarımmüdafiəçi yüksək səviyyəli qarşılanmaya görə hər kəsə təşəkkürünü bildirib:

"Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam".


27 yaşlı oyunçu "Turan Tovuz"a faydalı olacağına inanır:

"Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostum var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim".