Messinin Argentina yığması ilə DÇ-2022-nin qalibi olmasıyla bağlı cizgi filmi çəkiləcək.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı “Deadline” nəşri yayıb.
Cizgi filmi 35 yaşlı hücumçunun Qətərdə keçirilən turnirdəki çempionluq yolundan bəhs edəcək. Artıq Messi filmin çəkilməsi üçün “Sony” şirkəti ilə razılığa gəlib. Ulduz futbolçu cizgi filmində sayəhətə gedərkən problemlərlə qarşılaşan bir uşaq kimi təsvir olunacaq.