• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həyatda futboldan 100 dəfə önəmli şeylər var” - Haverts uzunqulaqlara olan sevgisindən danışdı

Maraqlı

3-04-2023, 13:0

“Çelsi”nin aparıcı futbolçularından olan Kay Haverts İngiltərənin “Qardian” nəşrinə maraqlı və gündəmə düşəcək açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı almaniyalı yarımmüdafiəçi uzunqulağa olan sevgisindən danışıb və həyatında futboldan daha vacib şeylərin olduğunu deyib:

“Bəzi komanda yoldaşlarım məni “uzunqulaq” adlandırır. Amma bunun futbolla əlaqəsi yoxdu. Uşaq vaxtımdan uzunqulaqlara xüsusi sevgim var. Çünki çox sakit heyvanlardı. Bu baxımdan özümü onlara bənzədirəm. Bütün gün istirahət edirlər. Artıq hərəkətə yol vermirlər və sadəcə, həyatdan zövq alırlar.

Əvvəllər uduzduğum oyunlardan sonra heyvan fermasına tez-tez gedirdim. Ora gedirsən, heyvanlara baxırsan və onların gözündə insani nəsə bir şeylər görürsən. Bu, mənim üçün terapiya kimi idi və həmin an sanki psixoloji rahatlıq tapırdım. Futbol həyatımın heç də ən vacib hissəsi deyil. Futboldan 100 dəfə daha önəmli olan şeylər var. Düzdü, bilirəm ki, bu sözlərim bəzilərinin xoşuna gəlməyəcək. Amma mən öz reallığımı və hisslərimi dilə gətirirəm. Məğlub olduğum qarşılaşmadan sonra bu hadisəyə görə bütün günümü məhv edə bilmərəm.

Sevgilim Londona köçüb mənim yanımda yaşamaq üçün Almaniyadakı həyatından və hər şeydən imtina etməli oldu. Uduzduqdan sonra evə gedib onun gününü bərbad etməyə haqqım yoxdu! Əvvəllər belə düşünmürdüm. Amma yaşa dolduqca və təcrübə topladıqca dəyişməyə başladım. “Çelsi”də qısa müddət ərzində çox şey dəyişdi. Yeni oyunçular və baş məşqçi gəldi. Uyğunlaşmaları üçün zaman lazımdı. Fernandes və Mudrik kimi oyunçulara böyük pullar ödənilsə də, onların cəmi 22 yaşı var. Onlardan bir andaca Neymar olmalarını gözləmək düzgün deyil. Mənim timsalımda olduğu kimi zamana ehtiyacları var.

Mənə görə də böyük pullar ödənilmişdi. 80 milyon avro qarşılığında transfer olunaraq klub tarixinin ən bahalı oyunçusuna çevrilmişdim. Bir klubun bir futbolçuya görə bu qədər pullar ödəməsi ağlasığmazdı. Bu məbləğ oyunçunun üzərində çox böyük təzyiq yaradır. Çünki insanlar dərhal onun içindən Messi çıxacağını zənn edir. Hər futbolçunun bir cür həyat tərzi var. Bəziləri bahalı geyimləri, brilyantı və s. şeyləri sevir. Belələrini görəndə öz-özümə “axı bu nəyə lazımdı” sualını verirəm. Bu, kənardan süni görünür. Amma elələri də var ki, dəbdəbəli həyata maraqları yoxdu. Məsələn, Toni Kroos onlardan biridi. Sakit xarakteri var və sakit də həyata üstünlük verir. Onun üçün də həyat yalnız futboldan ibarət deyil.

Nqolo Kante də fərqli cürdü. O, eyni telefonu artıq 10 ildi işlədir! Onu bahalı geyimlər və maşınlar maraqlandırmır. Amma insanları xərclədikləri pullara əsasən dəyərləndirmək yanlışdı. Bu, onları xoşbəxt edirsə, bizim qarışmağımız düzgün deyil. Bəlkə də onlar da yaxşı insanlardı. Sadəcə, özlərini bu cür göstərməyi sevirlər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-03-2023, 21:0

Pike özünü sevgilisinin kuklası sayır

Dünya futbolu

2-10-2022, 23:0

Kantona: “Hər ötən gün bizi dünya müharibəsinə yaxınlaşdırır”

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə