• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kantona: “Hər ötən gün bizi dünya müharibəsinə yaxınlaşdırır”

Dünya futbolu

2-10-2022, 23:0

''Mançester Yunayted''in və dünya futbolunun əfsanəsi Erik Kantona bugünlərdə İngiltərənin ''Atletik'' nəşrinə müsahibə verib.

Həmişə açıqsözlülüyü ilə seçilən və filmlərdə çəkilərək aktyor kimi də tanınan Kantona ənənəsinə sadiq qalaraq fərqli mövzularda önəmli açıqlamalar verib. ''Yunayted''də 5 il (1992-97) keçirən Kantona bu müddətdə 185 rəsmi oyunda 82 qol, 62 məhsuldar ötürmə ilə yadda qaldı və 4-ü çempionluq olmaqla 9 titul qazandı. 1997-nin avqustunda isə 31 yaşında sürpriz şəkildə karyerasını başa vurdu.

Bu, həm futbolçu, həm də insan kimi mənə yardım etdi

* Mən artıq Fransada oynamaq istəmirdim. Orda özümə yer tapa bilmirdim (1983-91-ci illərdə Fransanın 6 fərqli klubunda forma geyib və demək olar, onların hərəsində bir ''hoqqa'' çıxarıb. Komanda yoldaşları, baş məşqçilər və hətta hakimlərlə də dalaşırdı – Ə.R.). Ona görə də 2 aylığa karyerama ara verdim. Sonra düşündüm ki, İngiltərə mənə uyğun bir ölkə ola bilər. Ordakı futbola, enerjiyə ehtiyacım var idi. O vaxt İngiltərədə futbol Kevin Kiqan və Corc Best demək idi. Onlar sanki rok-n-roll ulduzları idi.
* İngiltərədə özüm üçün bəzi yeni şeylər anladım. Məsələn, əvvəllər insanlardan çox şey gözləyirdim. Düşünürdüm ki, onları sevirəmsə, onlar da məni sevmək məcburiyyətindədi. Bunun yanlış düşüncə olduğunu dərk etməyim mənə həm futbolçu, həm də insan kimi yardım etdi. Fransadan ayrılanda problemlərimin olduğunu düşünürdüm. Emosional insanam. Öz-özümə ''o, niyə məsələyə başqa cür baxır'' və ya ''o, niyə bunu dilinə gətirmir'' deyə düşünürdüm. Amma tədricən bu cür şeylər artıq məni maraqlandırmamağa başladı.

Vudvordun yerini tutmaq istəyirdim

* Oteldə yaşadığım həyat sanki yeni həyata bir keçid rolunu oynadı. Artıq özümü istədiyim kimi ifadə edə bilirdim. Əvvəlki baxış tərzi və mentallıqla qalsaydım, çox güman, İngiltərədə uğur qazana bilməzdim. ''Yunayted'' rəhbərliyi bunu gözəl başa düşürdü. Ona görə də ''Kantona istədiyi vaxt ayrıla bilər'' dedilər. İlk baxışdan qəribə görünür. Amma xarakterim məhz bu cürdü. Bu ifadəni eşidəndə özümü sərbəst hiss edirəm, həmin yerdə daha da çox qalmaq istəyirəm. Amma mənə ''müqavilə müddətinin sonuna qədər mütləq burda qalmalısan'' deyildikdə, əksinə, özümü əsirlikdəki kimi hiss edirəm və ordan ayrılmaq istəyirəm. Azadlıq mənim üçün hər şeydən öndə gəlir. Ferqyuson əla psixoloq idi. Çünki prioritetləri düzgün yerləşdirə bilirdi.
* Ötən il ''Yunayted''dən ayrılan icraçı direktor Ed Vudvord çox yaxşı marketoloqdu. Amma futbolu o qədər də dərindən anlamırdı. Komandanın futboldakı qərarlara görə cavabdehlik daşıya biləcək bir şəxsə ehtiyacı var. Öz namizədliyimi irəli sürərək bir neçə dəfə Vudvordla görüşdüm. Amma namizədliyimi dəstəkləmədilər. Mən və ya başqası, fərqi yoxdu. Komandanın təcili şəkildə futboldan anlayışı olan təcrübəli bir yönəticiyə ehtiyacı var. Amma eyni zamanda həmin şəxs klubun özünü və strukturunu tanımalıdı. Ferqyuson ayrılandan sonra ''Yunayted''in gəlirləri artsa da, bir dənə ciddi titul qazanılmayıb. İndi təsəvvür edin, meydanda nəticə də əldə olunsa, gəlirlər ikiqat yox, üçqat artar.

“Old Trafford”un adını dəyişsələr, futbolla vidalaşacam

* Stadionu gəzəndə ordakı futbol ehtirasını hiss etməli və klubun tarixini anlamalısan. Əvvəllər mənim də hamı kimi sevimli stadionlarım var idi. Amma sponsorlar futbolun ruhunu öldürdü. İndi bütün stadionlar ya ''Emireyts'' adlanır, ya da ''Alyans''! Bu arenalarda futbolun gözəlliyini hiss etmək, klubun tarixinə səyahət etmək mümkün deyil. ''Arsenal'' və ''Vest Hem'' bunun ən gözəl nümunəsidi. ''Hayberi'' və ''Apton Park'' kimi köhnə stadionlarda çox oynamışdım. ''Arsenal''ın bir çox fanatı ilə söhbət etmişəm. Onlar bu yeni stadionlara nifrət edirlər. Çünki köhnə stadionlarla birlikdə sanki klubların ruhu da yoxa çıxıb. Yaxşı ki, ''Old Trafford'' və ''Enfild''ə toxunan olmayıb. ''Old Trafford''u dəyişib ora hansısa brendin adını qoysalar, artıq bu kluba azarkeşlik etməyəcəm, ümumiyyətlə futbolla birdəfəlik vidalaşacam! Çox xahiş edirəm, ora ''Nestle'' və ya ''Amazon'' adını qoymayın.

Örnək deyiləm və özümü necə istəyirəmsə, elə də aparıram

* Məndən kapitan olmağı xahiş etsələr, sarğını qoluma taxacam. Amma kapitan sarğısına görə başqalarına örnək olacağımı heç vaxt düşünmərəm. Düzdü, bu statusda əlimdən gələni edəcəm. Amma bundan zövq almayacam. Həyatda bəzən hadisələrə elə reaksiya vermişəm ki, bu, insanların xoşuna gəlməyib. Ətrafdakıların mənimlə bağlı ən böyük səhvi o olub ki, onlar mənim başqalarına örnək olmalı olduğumu düşünüblər. Bir insan başqalarına örnək olduğunu düşünürsə, deməli, özünü digərlərindən üstün sayır. Mən bunu bacarmıram. Bu, xarakterimə ziddi.
* Adətən, mən çox təvazökaram. Özümlə zarafatlaşmağı bacarıram və heç nə vecimə deyil. Bilirəm ki, biz böyük bir sirkdə yaşayırıq. Başqaları kimi mən də klounam. Mən də başqaları kimi adi insanam. Kənardan fərqli görünə bilərəm, amma mənim də bəzən qəlbim qırılır. Mənim örnək olmağımı istəyirsizsə, bu ideyanı bəyənmirəm. Ümumiyyətlə, oyunçular, siyasətçilər, müğənnilər və başqa məşhur insanların örnək olmalı olduqları fikrini qəbul etmirəm. Özümü necə istəyirəmsə, elə də aparıram. Heç kim mənə davranışımla bağlı göstəriş verə bilməz. Razıyam ki, bəzən düzgün hərəkətlər etmirik. Amma elə bilirsiz ki, ətrafda hamı düzgün hərəkət edir? Biz robot deyilik, insanıq. Bu üzdən səhv etməyimiz normaldı.

Fransada millətçilik hissləri çoxalıb

* Uzun illərdi müxtəlif brendlərlə müqavilələr imzalayıram. Bir də görürsən ki, müqaviləyə xüsusi bənd salıblar. Həmin bəndə əsasən mən öz siyasi mövqeyimi açıqlaya bilmərəm. Mənimlə işləmək istəyirsənsə, bu bəndi birdəfəlik unutmalısan! Hamı mənim necə insan olduğumu bilir. Kiməsə görə xarakterimi dəyişə bilmərəm. Çoxları müqaviləyə yazılan bu şərti başqalarına örnək olmaq istədikləri üçün qəbul edirlər. Amma onlar kiçik və ucuz örnəkdilər!
* 10 ildən çoxdu Fransada millətçilik hissləri artıb. Tək Fransada yox, Britaniyadan İspaniyaya qədər bir çox ölkələrdə. Təhlükəli vəziyyət yaranıb. 1929-cu ildə böhran oldu. 1933-də Adolf Hitler hakimiyyətə gəldi. Sonra da İkinci Dünya Müharibəsi başladı. İldən-ilə ilə bizdə millətçilik hissləri güclənir və düşünürük ki, hər şeydə günahkar əcnəbilər və mühacirlərdi. Çünki heç kim üzərinə məsuliyyət götürmək istəmir, mühacirlər həmişə günahkar olur. Ölkədə vəziyyət yaxşı olanda deyirik ki, bu, ölkə vətəndaşlarının səyi nəticəsində baş verib. Amma ölkədə vəziyyət pisləşəndə dərhal mühacirlər günahkara çevrilir. Bu gün elə təəssürat yaranır ki, nəhəng ölkələr dünya müharibəsinin baş verməsində maraqlıdı. Keçmişdə yaşananlardan dərs çıxarmaq əvəzinə biz yenə eyni şeyləri təkrar edirik. Çox ümid edirəm ki, dünya müharibəsi olmayacaq. Amma hər ötən gün bizi ona daha da yaxınlaşdırır.

Qətərdəki mundialı izləməkdənsə...

* Futbol artıq hamının şanslarının bərabər olduğu bir yer deyil. Futbol indi daha çox pul və biznesdi. Qətərdə stadionları tikən insanlarla vəhşicəsinə davranıblar. Minlərlə insan dünyasını dəyişib (Beynəlxalq İnsan Haqları Təşkilatlarının 2021-ci ilə olan məlumatına görə Qətərdə stadionların inşası zamanı 6750 nəfər dünyasını dəyişib. Qətərdən verilən rəsmi məlumatda isə yalnız 37 nəfərin öldüyü bildirilib. Üstəlik guya onlardan yalnız 3-ü birbaşa stadionun inşası ilə bağlı olan qəzada ölüb. ''Qardian'' nəşrinin apardığı araşdırmada məlum olmuşdu ki, ölən 6750 nəfərdən 2711-i hindistanlı, 1641-i nepallı, 1018-i banqladeşli, 557-si Şri-Lankadan olan mühacirlərdi – Ə.R.). Sizcə, hamı bu mundialdan zövq alacaq? Şəxsən mənim onu izləmək fikrim yoxdu! Ondansa, Cənubi Amerikada motosikl ilə səyahət etmək və ya dünyanın kasıb bölgələrində olan uşaqlarla əylənmək, top qovmaq daha yaxşıdı.

DÇ-ni ilk növbədə federasiyalar, nazirlər boykot etməlidi

* Devid Bekhemin Qətərdəki mundialı reklam etməsinə necə baxıram? Bu məsələdə bizim onunla baxış tərzimiz tam fərqlidi. Mən həyatım boyunca bunu etmərəm. Mən Qətərdə insan haqlarının pozulmasını və onlara DÇ-nin verilməsinin yanlış olmasını hələ bu ilin əvvəllərindən etibarən qabartmağa başlamışam. Bəlkə də bunu bu dərəcədə açıq şəkildə dilə gətirən birinci adam olmuşam. Bunu etməyə tam haqqım çatır. Ola bilər ki, insanların orda başverənlərdən tam məlumatı yoxdu. Məlumatları ola-ola, bunları edirlərsə, səhv iş görürlər. Bu DÇ-ni reklam edənlər yanlışlığa yol verirlər və buna görə peşman olacaqlar. Futbolçular mundialı boykot etməlidimi? Bir futbolçu çıxıb ''DÇ-də oynamaq istəmirəm'' desə, onu ürəkdən alqışlayaram. Amma karyerası cəmi 10 il davam edən 20 yaşlı gənci bunu etmədiyinə görə qınamaq düzgün olmaz. Bunu ilk növbədə böyük nüfuza malik olan prezidentlər, federasiyalar, nazirlər etməlidi. Məhz onlar ortaya çıxıb ''biz dünya çempionatına getməyəcəyik'' deməlidilər!

Giqqz və Maldiniyə heyranam

* Futboldan kənarda özümü necə hiss edirəm? Çox xoşbəxtəm. Keçmiş xatirələrlə bol olan fərqli bir dünyada yaşayıram. Bu dünyada yaşamaq mənim üçün məşqçi və ya funksioner olmaqdan daha yaxşıdı. Açığı, həmişə Rayan Giqqz və Paolo Maldini kimi 20 illik peşəkar karyerasını bir kluba həsr edənlər məndə böyük heyranlıq doğurub. Onlara ona görə heyranam ki, mən özüm heç vaxt bunu edə bilmərəm. Mən bir şeydən çox tez bezirəm. Bəlkə də ona görə ki, mənim tam başqa maraqlarım var.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-03-2022, 18:0

“Şöhrət zalı”nda daha iki sabiq futbolçu

Dünya futbolu

10-08-2022, 17:0

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Dünya futbolu

1-06-2022, 20:0

"Çelsi"nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Aktual
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
Son xəbərlər
  • Bu gün, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Bu gün, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Bu gün, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Bu gün, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Bu gün, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Bu gün, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Bu gün, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Bu gün, 20:07
    Fransa klubunda ağır itki
  • Bu gün, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Bu gün, 19:00
    Messi fırıldaqçıdı?
  • Bu gün, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Bu gün, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Bu gün, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Bu gün, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Bu gün, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
Daha çox
Oxunub: 568
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 185
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə