Ötən mövsüm birinci divizionda çempionluğu bayram edən “Qaradağ Lökbatan” 2022/23 mövsümündə heç də son çempiona layiq çıxış etmir.
Qəsəbə təmsilçisi hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Etibarlı mənbədən “Football-plus.az” a daxil olan bilgiyə əsasən, komandanın uğursuz çıxışı daxili çəkişmələrə yol açıb, klubdaxili ab-hava yetərincə korlanıb.
Lökbatanlıların son iki oyunda - əvvəlcə “İmişli”yə, ardınca “Şamaxı-2”yə yenilməsi isə narazılığın kuliminasiya nöqtəsi olub.
“Şamaxı-2”yə məğlubiyyətdən sonra paltardəyişmə otağına girən baş məşqçi Füzuli Məmmədov “oyun satırsız, hamınızı qovacam” deyib. Komandanın təcrübəli futbolçusu Sabir Allahquliyev onun bu sözlərinə qarşılıq verərərək “ümumi danışma, belə bir şey varsa, konkret ad çək” söyləyib ki, bu da Füzuli bəyi lap özündən çıxarıb. Sabirin iradını özünə təhqir kimi qəbul edən baş məşqçi onu və Ruslan Voronsovu komandadan qovub.
Söylənilənləri dəqiqləşdirmək üçün Allahquliyevlə əlaqə saxladıq. Təcrübəli forvard deyilənləri təsdiq etdi: