• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Füzuli Məmmədov “Qaradağ Lökbatan”ın uğurunun sirrini açıqladı

1-ci liqa / Manşet

14-04-2022, 15:0

Birinci divizionda mövsümün sonuna 5 tur qalmasına baxmayaraq, “Qaradağ Lökbatan” 21-ci oyun həftəsi çərçivəsində baş tutan MOİK ilə oyundan qalib ayrılmaqla ilk iki yerdən birini tutacağını rəsmiləşdirdi.

Böyük ehtimalla Bakıətrafı qəsəbə təmsilçisi artıq növbəti turda çempionluğu bayram edəcək. Bu münasibətlə lökbatanlıların baş məşqçisi Füzli Məmmədovla (rəsmi protokollarda baş məşqçi kimi Rafael Əmirbəyovun adı yazılsa da, faktiki komandanı Füzuli bəy çalışdırır) əlaqə saxlayıb mövsümlə bağlı fikirlərini öyrəndik:

“Əvvəlcə onu bildirim ki, birinci divizionda carı mövsüm çox gərgin idman mübarizəsində keçir. Hər matç yeni bir çağırışdı. Bütün oyunlara maksimum hazır olmalısan ki, istədiyin nəticəni əldə edəsən. Məsələn, götürək elə böyük hesabla qalib gəldiyimiz MOİK-lə son oyunu. Bəlkə də hesab bəzilərini yanılda bilər. Qalib ayrılsaq da, uduza da bilərdik. Və ya “Zirə-2” ilə qarşılaşmanı xatırlayaq. Autsayder olmasına baxmayaraq, onları son dəqiqə qolu ilə yenib 3 xal qazana bildik. Hər matça son oyun kimi çıxırdıq və bunun da bəhrəsini gördük. Büdcəmiz aşağı olduğundan, heyətimiz də geniş deyil. Və heyətdəki gənclərin əksəriyyəti ilk dəfə məhz cari mövsümdə divizion həyəcanı yaşadı. Futbolçular məşqçilər korpusuna, biz də onalara inamın nəticəsində ortaya belə bir iş qoymağı bacardıq”.


Füzüli bəy “Qaradağ Lökbatan”ın “sükanı arxasına” keçməmiş premyer-liqada ölkənin ən köklü klubu “Neftçi”ni çalışdırıb. Görəsən, elitadan sonra aşağı dəstədə işləmək 44 yaşlı mütəxəssis üçün çətin olmayıb? Məmmədovun reaksiyası belə oldu:

“İnanın, hər yerin özünəxas çətinliyi var. Əlbəttə, premyer-liqa mənim üçün əla təcrübə oldu. Birinci divizionda təcrübəmi bir qədər də artırdım”.


“Qaradağ Lökbatan”ın baş məşqçisi eyni zamanda U-15 və U-16-nın da çalışdırıcısıdı. Bəzən deyirlər ki, bir əldə iki qarpız tutmaq mümkün deyil. Ancaq göründüyü kimi, Füzuli bəy bunu bacardı. Özü isə bu barədə bunları söylədi:

“Bilirsiz ki, divizionda işləməyimin əsas səbəbi PRO kateqoriyalı məşqçi kurslarına qatılmağımdı. Kursun tələblərinə uyğun divizionda çalışıram. Mən U-15 və U-16-nın baş məşqçisiyəm. Artıq kursun da sonuna yaxınlaşırıq. Amma nə olur-olsun, harda işləməyimdən asılı olmayaraq, bildiyimin ən yaxşısını verməyə çalışmışam və belə də davam edəcəm. Baxmayaraq ki, bəzən çətin olur”.


Yuxarıda qeyd etdiyimiz kimi, idman prinsipləri nəzərə alınsa, “Qaradağ Lökbatan” növbəti mövsüm elitada çıxış etməlidi. Ancaq lisenziyalaşdırmanın tələblərinə cavab verə bilmədiyindən qəsəbə təmsilçisi növbəti mövsümdə də aşağı dəstədə mübarizə aparmağa məhkumdu. Məmmədov bizimlə söhbətdə hazırkı vəziyyətdə bunun mümkün olmadığını və bununla barışdıqlarını söylədi:

“Biz də istərdik ki, komanda elitada çıxış etsin. Ancaq premyer-liqada iştirak üçün tələblər var. Həmin tələblər yerinə yetirilmədən premyer-liqada çıxış etmək mümkünsüzdü. Bu olmasa, elitanın səviyyəsi aşağı düşər. Fikrimcə, lisenziyalaşdırmanın tələbləri önəmlidi və onlar yerinə yetirilmədən heç bir klub premyer-liqada çıxış edə bilməz”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-05-2022, 18:0

Füzuli Məmmədov “Qusar”la oyunu ciddiyə almayıb? - ÖZƏL AÇIQLAMA

1-ci liqa

30-03-2022, 17:0

"Qaradağ Lökbatan" qələbə qazandı - YENİLƏNİB

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə