"Football-plus.az" xəbər verir ki, rəhbərlik stadionun azarkeş tutumunu artırmaq istəyir.
Hazırda ''Nef Stadionu''nun tutumu 52280 nəfərdi. Əslində bu plan 2019-dan mövcuddu. Əvvəlki başqan Burak Elmas onu həyata keçirə bilməmişdi. Arenaya 10 min oturacaq əlavə olunması planlaşdırılır. Bu baş versə, stadionun tutumu 62 mindən çox olacaq! Klubun sabiq vitse-prezidenti Yusuf Günay hələ 2019-un sentyabrında verdiyi açıqlamada bunları demişdi:
''Stadionun tutumunu ən azı 10 min artırmaq üçün müvafiq orqanlara rəsmi müraciət ünvanlamışıq və cavab gözləyirik. Stadionumuzu yeniləməyin vaxtı çatıb. Artıq oturacaqları sifariş vermişik''.
Hazırki başqan Dursun Özbək məsələni bu yay bitirməyi planlaşdırır.

