“Qarabağ”ın futbolçusu İtaliya klubunun hədəfində

10.03.2023 11:13 901
Aktual / Ölkə futbolu
Millimizin üzvü Bəhlul Mustafazadə karyerasını İtaliyada davam etdirə bilər.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi ilə “Palermo” yaxından maraqlanır. İtaliya klublarının skautları 26 yaşlı futbolçunu hələ də izləyir.

Qeyd edək ki, Bəhlulun “Qarabağ”la 2024-cü il iyunun 30-na kimi müqaviləsi var.

İLKİN SULTANLI