• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pyoli “Milan”ın əlacını tapıb: İtaliya çempionu böhrandan necə çıxıb? - TƏHLİL

Dünya futbolu

6-03-2023, 21:0

2023-cü ilin əvvəli “Milan” üçün çox pis keçdi. İtaliyanın son çempionu ilin ilk oyunlarında özünə heç bənzəmədi.

"Football-plus.az" xəbər verir ki, nəticələr cari mövsümün DÇ-2022-nin final turnirindən əvvəlki mərhələsi ilə müqayisədə, sadəcə, acınacaqlı idi. Amma indi vəziyyət böyük ölçüdə dəyişib.

Ardıcıl 7 qələbəsiz oyun
Stefano Pyolinin komandası onsuz da Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatı ərəfəsində mövqelərini əldən vermişdi. Çempionlar Liqasında (ÇL) son 8 ildə ilk dəfə 1/8 finala vəsiqə qazanan “Milan” A seriyasında fasiləyə 2-ci yerdə yollanmışdı. Noyabrın 13-nə olan vəziyyətə görə, çempion lider “Napoli”dən 8 xal geri qalırdı. Bu isə kiçik fərq sayıla bilməzdi.

Mundialdan sonra milanlıların işləri daha da pisləşdi. Yanvarın 4-də səfərdə “Salernitana”dan çətinliklə 3 xal alan (2:1) Pyolinin komandası çempionatdakı növbəti 5 matçda yalnız 2 xal qazana bildi: “Roma” və “Leççe” ilə oyunlar 2:2 hesabıyla nəticələndi. “Latsio”ya səfərdə 0:4, “Sassuolo”ya evdə 2:5 hesabıyla uduzan “Milan” fevralın 2-də derbidə “İnter”dən bir cavabsız top buraxdı. Başqa sözlə, 5 çempionat oyununda 13 xal itirildi. Nəticədə “qırmızı-qaralar” 21-ci turdan sonra özlərini turnir cədvəlində 6-cı yerdə tapdılar.

Lombardiyalıların bu arada daha iki zərbə aldıqlarını da xatırlatmalıyıq: yanvarın 10-da İtaliya kubokunun “Torino” ilə ev oyununda minimal hesabla uduzan Pyolinin komandası mübarizəni 1/8 finalda dayandırdı. Həmin ayın 18-də isə İtaliya Superkuboku matçında “İnter” qarşısında aciz qalan (0:3) “Milan” daha bir zərbə aldı. Nəticədə belə üzücü mənzərə formalaşdı: müxtəlif turnirlərdə ardıcıl 7 qələbəsiz oyun: 2 heç-heçə, 5 məğlubiyyət...

Ardıcıl 4 “quru” qələbə
Əlbəttə, çempionun daxili yarışlarda mövqelərini niyə bu dərəcədə əldən verməsi sual doğurmaya bilməzdi. Bu sualın ilk cavabı “Milan”ın əsas dərdinin zədə amili olduğu ilə bağlı idi. Bu mövsüm sıradan çıxanların sayının həddən artıq olması Pyolini optimal heyətdən yararlanmaq imkanından məhrum etdi. Üstəlik komandaya yayda qoşulan yeni oyunçuların çıxışı böyük ölçüdə məyusluq doğururdu.

Bu problemlər müəyyən dərəcədə indi də davam edir. Amma nəticələr 180 dərəcə dəyişib. “Milan” çempionatda “İnter”ə məğlubiyyətdən sonra keçirdiyi hər üç oyunda qalib gəlib. Özü də “Torino” (1:0), “Montsa” (1:0) və “Atalanta” (2:0) ilə matçlarda qapısından top buraxmayıb. Çempionun fevralın 14-də ÇL-in 1/8 finalının ilk oyununda “Tottenhem” üzərində də “quru” qələbə (1:0) qazandığını nəzərə alsaq, statistika daha gözəl mənzərədən xəbər verər: ardıcıl 4 “quru” qələbə.

Pyoli sxemi dəyişməli oldu
Ortaya bu sual da çıxır: necə oldu ki, qələbəsizlik qələbə seriyası ilə müşayiət olundu? Uğursuzluqların sıralanması Pyolini yeni oyun sxemi üzərində düşünməyə vadar etməyə bilməzdi. 57 yaşlı mütəxəssis taktikanı dəyişməli oldu. O, ilk eksperimenti “İnter”ə qarşı oyunda etməyə qərar verdi. Komandasını derbiyə üç müdafiəçi sxemi ilə çıxardı. “Milan” əzəli rəqibdən bu dəfə yalnız bir top buraxdı. Amma müdafiə və hücum xətti yenə kəskin tənqidlərə məruz qaldı.

Derbidəki növbəti uğursuzluq Pyolini çox da təlaşa salmadı. Komanda məşqlərdə yeni sxemi tədricən mənimsədikcə və baş məşqçi start heyətini yenidən müəyyən etdikcə nəticələr göz oxşamağa başladı. Mütəxəssislər ardıcıl 4 “quru” qələbəyə məhz üç müdafiəçidən ibarət sxemin şərait yaratdığını deyirlər. Bu sxem komanda oyununu balanslaşdırıb: “Milan” son oyunlarda rəqiblərindən çox təhlükəli vəziyyət yaradıb və öz qapısı qarşısında minimum sayda qol vəziyyətinin yaranmasına imkan verib. Yeni sxemin tətbiqindən sonrakı mənzərə ilə bağlı bir sıra detallara və məqamlara göz gəzdirək.

* “Opta” statistika şirkətinin məlumatına görə, “Milan” ardıcıl 4 “quru” qələbəyə 2018-ci ilin fevralından sonra ilk dəfə nail olub. Onda komanda ardıcıl 5 matçda top buraxmadan qalib gəlmişdi. İki oyunun Avropa Liqasında “Ludoqorets”ə (Bolqarıstan) qarşı keçirildiyini də qeyd edək.
* Yeni sxemin qəhrəmanlarından biri Malik Tiavdı. 21 yaşlı alman müdafiəçi ötən ilin avqustunda 7 milyon avroya “Şalke-04”dən alınıb. Gənc futbolçu mövsümün ilk dövrəsində, demək olar ki, meydanda görünməmişdi. Amma üç mərkəz müdafiəçisindən ibarət sxemə əla uyğunlaşa bilib.
“İnter”ə qarşı oyunda meydana sonradan çıxan Malik növbəti 4 matçda ilk dəqiqələrdən oynamaq imkanı qazanıb. Və bu oyunlarda olduqca inamlı təsir bağışlayıb. “Whoscored” portalı onun çıxışını hər dəfə 7 baldan yüksək qiymətləndirib.
* Driblyor Junior Messias üçün də yeni rol tapılıb. Pyoli ondan yarımmüdafiənin sağ cinahında yararlanmağa başlayandan sonra braziliyalı A seriyasının ardıcıl iki turunda qol vurub. O, “Montsa” ilə oyunda yeganə, “Atalanta” ilə son matçda isə ikinci qolun müəllifi olub. Qeyd edək ki, Junior “Milan”da çıxış etdiyi iki mövsüm ərzində ilk dəfə ardıcıl iki matçda qapıya yol tapıb. Buna daha əvvəl “Krotone”də nail olmuşdu.
* Pyoli sxemi dəyişməsinin səbəblərindən birinin aparıcı oyunçuların zədələnməsi ilə bağlı olduğunu etiraf edib. Amma “Atalanta” ilə matçda ii vacib futbolçu sıraya dönüb. Qapını ilk dəqiqələrdən Mayk Menyan qoruyub, Zlatan İbrahimoviç isə 2-ci hissədə meydana çıxıb. İkinci qol vəziyyətində iştirak edən isveçli hücumçu klubun tarixinə A seriyasında oynayan ən yaşlı (41 yaş 146 gün) futbolçu kimi düşüb.
Əvvəlki sxemdən imtina olunmayıb

Çox güman, Pyoli üç müdafiəçili sxemdən müvəqqəti istifadə edir. Baş məşqçi bütün zədəli oyunçular sıraya dönəndən və optimal formaya düşəndən sonra ötən mövsüm uğur gətirən aqressiv pressinqə malik 4-2-3-1 taktikasına qayıda bilər. Hələlik isə onun komandasına nəticə lazımdı: bu mövsüm “ÇL zonası”na düşmək uğrunda mübarizə çox maraqlı gedir. Hazırda 4 yer uğrunda 6 komandanın yarışdığı görünür. Lider “Napoli”nin vəsiqələrdən birinə sahib çıxacağı heç kimdə şübhə doğurmur. “İnter”, “Milan”, “Latsio”, “Roma” və “Atalanta” arasındakı xal fərqi elə də çox deyil. Bu komandalarla rəqabətə hesabından 15 xal çıxılan “Yuventus” da qoşula bilər. Bir sözlə, “Milan” mövsümün qalan hissəsində mümkün qədər çox xal yığmağa məcburdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-01-2023, 22:0

“Milan” niyə tələyə düşüb?

Dünya futbolu

19-04-2022, 15:0

“Milan” A seriyasında öz rekorduna doğru gedir

Aktual
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
Son xəbərlər
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
  • Dünən, 12:53
    “Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 12:38
    Millimiz üçüncü yeri tutdu - AÇ
  • Dünən, 12:17
    Rövşən Nəcəf "Sabah"ı təbrik etdi
  • Dünən, 11:56
    ''Qalatasaray'' bu göstəricidə Avropanın TOP-10 çempionatında yalnız bir klubdan geridədi
  • Dünən, 11:35
    Krivotsyuk komandasına kömək edə bilmədi
  • Dünən, 11:10
    Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
  • Dünən, 10:48
    Finalın hakimləri və rəsmi şəxsləri də mükafat aldı
  • Dünən, 10:31
    Bizon ölkə kuboku: mükafatlandırma mərasimi - VİDEO
  • Dünən, 10:00
    Nəriman meydana çıxdı, komandası uduzdu
  • Dünən, 00:11
    Qışda ''Fənər''dən ayrılan futbolçu ''Qalatasaray''la danışıqlar aparır?
  • 13-05-2026, 23:0
    Demçenko, indi günah nə səndədi, nə məndə... – YAZI
Daha çox
Oxunub: 403
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 279
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 227
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 202
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 194
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 193
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə