Millimizin qapıçılar üzrə məşqçisi Kamran Ağayev boş dayanmır.
“Football-plus.az”a gənc mütəxəssislə bağlı maraqlı informasiya daxil olub. Kamran Ağayev "Elit Məşq" layihəsi üzrə futbolun sirrlərini öyrənən qolkiperlərə məşqçilik edir.
Görünür, layihənin rəhbəri Yunis Hüseynov gənclərin vaxtilə ölkənin ən yaxşı qapıçısı olan şəxsdən öyrənməli çox şey olduğunu düşünür.
Qeyd edək ki, "Elit Məşq" layihəsi üzrə hazırlıq prosesi Bakı Olimpiya Stadionunda keçirilir.
İLKİN SULTANLI