Deyan Lovren ölkəsində ciddi təzyiqlə üzləşib.
Xorvatiya Futbol İttifaqı (XFİ) milli futbolçunun Rusiyaya qayıtmasını istəmir. “Metaratings” portalının yaydığı xəbərə görə, “Zenit”in müdafiəçisi yığmanın qarşıdakı oyunlarından sonra Sankt-Peterburqa qayıtmağı planlaşdırsa da, XFİ-nin güclü təzyiqi ilə üzləşib.
Futbol qurumunun rəhbərliyi hesab edir ki, Xorvatiya millisinin oyunçusu Rusiya klubu ilə müqaviləni pozmalıdı. Belə vəziyyət “Zenit”də təbii narahatlığa səbəb olub.
Federasiya Lovrenə təzyiq edir
Dünya futbolu


