"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab oyunu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Football-plus.az" saytının məlumatına görə, gənc hücumçu penalti seriyasında uduzduqları görüş haqda bunları yazıb:
"Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq".
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Gent"i 1:0 məğlub etsə də, cavab matçında rəqib eyni hesabla qalib gəlib. Belçika təmsilçisi penalti seriyasında da üstün olub - 5:3.