“Qarabağ” “Gent”lə matçda maksimuma ümid etmir

23.02.2023 20:00 546
Aktual
“Qarabağ” bu gün Konfrans Liqasının pley-offunun cavab matçında “Gent”in qonağı olacaq.

Football-plus.az xəbər verir ki, görüş “Gelamko Arena”da keçiriləcək. Azərbaycanlı azarkeşlər üçün satışa 1000 bilet çıxarılıb. Oyunu izləmək istəyənlər 32 avrosundan keçməlidi.

Görəsən, “Qarabağ” “Gent”lə qarşılaşmaya nə qədər azərbaycanlı fanatın gələcəyini düşünür? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq:

“Qaydalara görə stadionun tutumunun 5 faizi azərbaycanlılar üçün ayrılıb. Bu da 1000-ə yaxın yer edir. Biz bu qədər bilet sata bilərik. Amma nə qədər azarkeşin gələcəyini deyə bilmərik. Neçə nəfər təşrif buyuracaqsa, o qədər də satacağıq. 1000-ə yaxın azarkeşin gələcəyini təxmin etmirik, gözləmirik. İlkin ehtimalımıza görə, 300-400 azarkeşimiz matçı tribunadan izləyəcək”.


İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul